Accessibility links

ABŞ-ın baş prokuroru prezidentin tənqidlərinə baxmayaraq, vəzifəsində qalacağını bəyan edib


ABŞ-ın baş prokuroru prezidentin tənqidlərinə baxmayaraq, vəzifəsində qalacağını bəyan edib. Donald Tramp Ceff Seşşonsu çiddi şəkildə tənqid edib.

Prezident New York Times qəzetinə deyib ki, o, Seşşonsun istintaqdan uzaq duracağını daha öncədən bilsə idi, həmin vəzifəyə başqa bir adam təyin edərdi.

Tramp qəzetə bildirib ki, Seşşonsun davranışı “prezidentə münasibətdə ədalətsizlik” idi.

Seşşons özünü kənara çəkəndən sonra, onun müavini istintaqı davam etdirmək üçün xüsusi müstəntiq təyin etmişdi. Həmin istintaq həm də, Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri də araşdırır.

Tramp bildirib ki, bu istintaq üçün xüsusi müstəntiq təyin edilməməli idi.

Senat və Nümayəndələr Palatası komitələri də öz istintaqlarını aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG