Accessibility links

Blatter və iki həmkarı 80 milyon dolları necə mənimsəyib?


FİFA bəyan edib ki, qurumun 3 rəsmisi son 5 ildə öz əmək haqlarının artırılmasına icazə verməklə FİFA-ya 80 milyon dollar məbləğində ziyan vurublar. Bu 3 yüksək vəzifəli rəsmi təşkilatın keçmiş baş katibi Sep Blatter, keçmiş baş katib Valcke və keçmiş maliyyə direktoru Markus Kattner olub.

Onlar koordinasiyalı şəkildə hər il öz maaşlarını artırıb, dünya kuboklarına görə özlərinə mükafatlar yazıb və bu kimi digər vasitələrə əl ataraq külli miqdarda vəsaiti mənimsəyiblər.

FİFA bildirib ki, təhqiqatı İsveçrə prokurorluğu və ABŞ-ın Ədliyyə Nazirliyinə davam etdirəcək.

Xatırladaq ki, İsveçrə prokurorluğu iyunun 2-də yenidən FİFA-nın Sürixdəki ofisində axtarış apararaq bir sıra sənədləri müsadirə edib.

Ötən il təşkilat ətrafındakı korrupsiya qalmaqalına görə qurumun bir sıra yüksək vəzifəli rəsmiləri saxlanıb və onlar barəsində cinayət işi açılıb.

Sepp Blatter buna görə istefa verib və onun fəaliyyətinə 6 illik qadağa qoyulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG