Accessibility links

Nərmin Kamilsoy: Biz 7 il yarım yox, bir əsr gözləyirdik [Sərbəst Kürsü]


Nərmin Kamilsoy
Nərmin Kamilsoy

Sərbəst Kürsünün qonağı İntiqam Əliyevin qızı Nərmin Kamilsoydur

Aprelin 22-si Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə İntiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edilib. İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır. Amnesty İnternational İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.

Məsələni bu gün Sərbəst Kürsü canlı forumunun qonağı olan İntiqam Əliyevin qızı Nərmin Kamilsoyla müzakirə etmişik.

---------------

Emil Quliyev [Moderator]: Sərbəst Kürsünün növbəti canlı forumunda xoş gördük. Bu gün forumun qonağı məhkəmnin qərarı ilə 7 il 6 ay azadlıqdan məhrum edilən hüquq müdafiəçisi İntiqam Əliyevin qızı Nərmin Kamilsoydur.

Moderator: Nərmin xanım atanız haqqında məhkəmənin hökmü oxumasından cəmi bir neçə saat keçməsinə baxmayaraq dəvətimizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Bir çox beynəlxalq təşkilat İntiqam bəyi vicdan məhbusu hesab edir, onun qanunsuz həbs edildiyini deyir. Bu gün isə məhkəmə tam fərqli qərar çıxarıb. İlk öncə Sizin məsələ ilə bağlı fikirlərini bilmək istərdik.

Nərmin Kamilsoy: Salam, Emil bəy. Xoş əşəbbüsünüzə görə çox təşəkkür edirəm. Biz tapşırıq əsasında hökm çıxaran məhkəmələrdən bundan artığını da gözləmirdik. Bütün siyasi proseslərdə məhkəmələrin axırını eyni ümidlə gözləyirik. Lakin hər dəfə də bizə aydın olur ki, biz umid etməyi dayandırıb, konkret işlər görməliyik. Hər birimiz ölkəni dəyişmək uğrunda çalışmalıyıq. Elə atamın da öz diliylə desək, həbslər də mübarizənin bir hissəsidir.

Cavid [Berlin]: Nərmin xanım salam. İntiqam bəy çox dəyərli insandı. Onu həbs etməkləri lap ağrılı oldu. Amma yenə də onun nə üçün həbs edildiyini anlamadım da. Yəni heç bir siyasi fəaliyyəti olmayan bir insanı nə üçün həbs etsinlər ki? Belə də iş olar?

Nərmin Kamilsoy: Cavid bəy, salamlayiram sizi. Çox təşəkkür edirəm xoş sözlərinizə görə. Bu ölkədə ən böyük cinayət insanların tapdalanmış hüquqlarını müdafiə etməkdir. Bu ölkədə vicdani olan istənilən adamın yeri həbsxanadır. O Avropa Məhkəməsinə siyasi hüquqlarin pozuntusu ilə bağlı 300-dən artıq şikayət göndərib. Beynəlxalq tribunalarda Azərbaycandakı insan haqqlarının vəziyyətini daima tənqid edib. 2010-cu ildə Parlament seçkiləri zamanı Avropa Məhkəməsinə göndərilən şikayətlərin böyük hissəsi onun payına düşürdü. Həmin şikayətlərin 30-dan artığı kommunikasiya və qərar ərəfəsindədir. Hakimiyyət Avropa Məhkəməsində aparılan işlərin qarşısını almaq üçün bu addımı atmalı, əks halda Parlamentin legitimliyi sual altında qala bilərdi.
Sualınıza görə təşəkkür edirəm.

Moderator: Novbəti sual "Dede" təxəllüslü oxucudan daxil olub.

- Salam Nərmin xanım , İntiqam müəllim veə sizinlə fəxr edirik. Həyatdı da, Nərmin xanım , bizimki də Azərbaycanda, belə bir dövrdə belə uca insanlarla ünsiyyətdən, azadlıq uğrunda mübarizədən keçirmiş. Sualım belədir: Çox güclü və ümidli görünürsüz, ümidsizliyə heç qapılmırsız? Qapılanda ən böyük motivasiyanız ne olur? Heyatdı da, hamıya nə isə təməl motivasiya bir inam bir hədəf lazımdı, zəhmət olmasa cavablandırardınız.

Cavab: Salam, dəstəyinizə görə çox təşəkkür edirəm. Əslində ümidsizliyə qatıldığım vaxtlar elə çox olmayıb. Bir növ artıq bu həbslərdən sonra immunitet yaranmışdı bizdə. Ümidsizliyə qapılanda bizdən çətin vəziyyətdə olan insanları fikirləşirəm və başa düşürəm ki, şikayətlənməyə haqqım yoxdu. Nəyə arxayın olub ümid etdiyimi bilmirəm, amma içimdə elə hiss var ki, düzələcək, yaxşı olacaq hər şey.

Receb R [Facebook]: Avropa məhkəməsinə müraciət etməyi planlaşdırırsınızmı?

Cavab: Əlbəttə, artıq iş Avropa Məhkəməsindədir və onlar öz vəkillərinin işinə prioritet qaydada baxırlar.

Emil Quliyev [Moderator]: Nərmin xanım, İntiqam bəy, artıq bir neçə aydır həbsdə idi. Bu dövrdə onun işinə diqqətdən razısınızmı, yəni dostları, hüquq müdafiəçiləri yetəri qədər diqqət göstərə biliblərmi, onun işinə və eləcə də ailəsinə?

Nərmin Kamilsoy: Bəli, həm dostları, həm yerli media, həm də beynəlxalq təşkilatlar,qurumlar həmişə gündəmdə saxlayiblar məsələni. Dostlarımız hər zaman dəstək olublar, təbii ki, mənfi şeylərdən yazmaq istəmirəm. Lakin Beynəlxalq Təşkilatlat tələblərini daha sərt qoymalıdırlar, kompaniyalar bəyanatlar səviyyəsini keçməlidir.

Nida: Nermin xanim, sual vermirem size. Demek isteyirem ki, sizi sona qeder destekleyirik. Intiqam muellimle fexr edirik. Qishdan sonra bahar gelir

Nərmin Kamilsoy: Tesekkur edirik, dəstəklərinizə görə. Var olun!

Rasim [Bakı]: Deyirdilər Avropa Oyunlarından əvvəl kütləvi amnistiya olacaq. Bu du bunların amnistiyası? Sualım belədir ki, siz hələ də belə bir amnistiyanın olacağına inanırsınız?

Cavab: Rasim bəy, salam. Bu barədə söhbətlər gəzir amma həqiqətən də amnistiyanın olub-olmayacağını bilmirəm. Olsa belə atama şamil olunmayacaq, cox sevinərdim ki, bu amnistiya çoxdandan hebsde olan dostlarımıza şamil olunardi.

Moderator: Nərmin xanım, İntiqam bəyin 7 il yarım azadlıqdan məhrum ediləcəyini gözləyirdinizmi? Ümumiyyətlə onun həbsi ailəyə maddi-mənəvi necə təsir edir?

Cavab: Əslində biz 7 il yarım yox, bir əsr gözləyirdik bəlkə də, imkanları olsaydı elə də edərdilər. Hətta bu gün məhkəmədə hamımız təəccübləndik ki, elə 7 il? Həbslər o qədər adiləşib ki. Maddi cəhətini qırağa qoymaq istəyirəm, onun öhdəsindən gəlmək olar, mənəvi cəhətdən isə ağırdır. Mənəvi hissləri sözlərlə ifadə etmək olmur.

Kamil Arba [Twitter]: İntiqam müəllim çox ləyaqətli insandır. Onun kimi insanlar bu ölkə həbsxanalarda yox, kitabxanalarda, tədris ocaqlarında lazımdır. Sizə isə səbr arzu edirəm. Çox sağ olun ki, onun cəsarətli yolunu davam etdirirsiniz. Sualım isə sizədir. Atanıza görə, hər hansı təzyiqlərlə üzləşmisinizmi?

Cavab: Kamal bəy,gözəl sözlərinizə görə çox təşəkkür edirəm. Həbsxanalar uzun zamandır ki, dəyərli, savadlı, ziyalı insanların evinə çevrilib. Hələlik elə böyük təzyiqlərlə üzləşməmişəm.

Emil Quliyev [Moderator]: Nərmin xanım, iştirakınız üçün təşəkkür edirik. Təxminən iki il əvvəl İntiqam bəy özü şəxsən Sərbəst Kürsüdə qonağımız olmuşdu. Tezliklə onun azadlığa qovuşmasını, ailəsinə qovuşmasını və forumumuzda özünün yenidən iştirak etməsini arzu edirik. Vaxtınızı ayırdığınız üçün minnətdarıq.

Nərmin Kamilsoy: Çox təşəkkür edirəm, Emil bəy məsələni gündəmdə saxladığınız və unutmadığınız üçün. İnşallah dediyiniz kimi də olar. Çox təşəkkür edirəm bir daha.

XS
SM
MD
LG