Accessibility links

Serbiya ilə Kosovo arasında söz müharibəsi gedir


Serbiya Kosovadakı serblərin təhlükəsizliyini qorumaq lazım olarsa, oraya hərbi qüvvə göndərməyə hazır olduğunu deyib.

Serbiya ilə Kosovo rəsmiləri arasında söz müharibəsi bazar günü Serbiya bayraqları ilə üzərində "Kosova Serbiyadır" yazılmış qatarın Kosovaya daxil olmasına icazə verilməməsindən bir gün sonra başlayıb.

Serbiyanın baş naziri Aleksandr Vuçiç Kosovodakı etnik albanları dəmir yolunu minalamaqda ittiham edib.

"Bizim problemimiz ondadır ki, bəziləri serbləri öldürə biləcəyini düşünür. Biz hansısa serbi qətlə yetirənin cəzasız qalacağına imkan verməyəcəyik" deyə baş nazir bildirib.

Kosovo müstəqilliyini 2008-ci ildə, Serbiyadan ayrıldıqdan 10 il sonra elan edib. Bu ayrılma Serbiya və Albaniya qüvvələri arasında qanlı qarşıdurmaya səbəb olub.

XS
SM
MD
LG