Accessibility links

Serbiya Prezidenti NATO-nu “işinin öhdəsindən gəlməyə” çağırıb


Serbiya Prezidenti Aleksandr Vuçiç
Serbiya Prezidenti Aleksandr Vuçiç

Serbiya Prezidenti bazar günü NATO-nu Kosovoda “işinin öhdəsindən gəlməyə” çağırıb, əks halda Serbiyanın özünün separatçı vilayətindəki azlığını qorumaq üçün hərəkətə keçəcəyini deyib.

Prezident Aleksandr Vuçiç xalqa alovlu televiziya müraciətini bu həftənin əvvəlində Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə Serbiya və Kosovo liderləri arasında siyasi danışıqların baş tutmamasından sonra edib.

Serbiya müttəfiqləri Rusiya və Çinlə birlikdə 2008-ci ildə Kosovonun müstəqillik elan etməsini tanımaqdan imtina edib. 1999-cu ildə NATO-nun rəhbərliyi ilə edilən müdaxilə Kosovoda serb qüvvələri ilə separatçılar arasında müharibəyə son qoydu və Belqradın Kosovonun əksəriyyətini təşkil edən albanlara qarşı qanlı repressiyasını dayandırdı.

Avropa İttifaqı əlaqələri normallaşdırmaq üçün illərdir davam edən uğursuz danışıqlara nəzarət edib və bunun Kosovo və Serbiyanın 27 ölkədən ibarət bloka üzvlüyü üçün əsas ilkin şərtlərdən biri olduğunu bildirib.

“Gedəcək yerimiz yoxdur; küncə sıxışmışıq. NATO bunu etməsə, xalqımızı təqiblərdən və qırğınlardan özümüz xilas edəcəyik,” Vuçiç bildirib.

O, həmçinin alban “quldur dəstələri”nin Kosovo serblərinin əksəriyyətinin yaşadığı Kosovonun şimalına keçməsinin qarşısınnı alınmalı olduğunu deyib. O, iddiasına dair heç bir sübut təqdim etməyib.

Serbiya ilə Kosovo arasında gərginlik keçən ay Baş Nazir Albin Kurtinin rəhbərlik etdiyi Kosovo hökumətinin Serb şəxsiyyət sənədlərinin və avtomobil nömrələrinin Kosovo ərazisində etibarlı olmayacağını bəyan etməsi ilə yenidən artıb. Serbiya son 10 ildə ərazilərinə keçən Kosovo vətəndaşları üçün eyni tədbirləri həyata keçirir.

XS
SM
MD
LG