Accessibility links

Serbiya prezidenti iğtişaşlara görə mütəşəkkil cinayətkar qrupları günahlandırıb


Serbiya prezidenti iğtişaşlara görə mütəşəkkil cinayətkar qrupları günahlandırıb
Serbiya prezidenti iğtişaşlara görə mütəşəkkil cinayətkar qrupları günahlandırıb

Serbiya prezidenti Boris Tadiç keçən həftə Belqradda homoseksualların nümayişinin pozulması və İtaliyada futbol oyununun təxirə salınmasına səbəb olmuş iğtişaşlara görə mütəşəkkil cinayətkar qrupları günahlandırıb. Cənab Tadiç Belqrad və Genuyada baş verən hadisələri mütəşəkkil cinayətkar qrupların Serbiyanın ədliyyə sistemində islahatların artan təsirinə göstərdiyi reaksiyası olduğunu deyib. Politika qəzetinə müsahibə verən Serbiya prezidenti deyib ki, bu islahatlar dövlətə mafia başçılarını həbsxanaya göndərməyə kömək edir. Qəzetin verdiyi məlumatda mütəşşəkil cinayətkar qrupların qərb yönlü Belqrad hökumətini sabitsizləşdirməyə çalışdığı deyilir.

XS
SM
MD
LG