Accessibility links

Serbiyada 50 min insan hökumət əleyhinə nümayişdə iştirak edib


Serbiyada 50 min insan hökumət əleyhinə nümayişdə iştirak edib
Serbiyada 50 min insan hökumət əleyhinə nümayişdə iştirak edib

On minlərlə serb paytaxt Belqradda hökumət əleyhinə nümayiş keçirərək, erkən seçkilərə çağırıb. 50 minə qədər insanın toplaşdığı nümayişdə prezident Boris Tadiç və onun administrasiyasının üzvlərinin ünvanına “oğrular” və başqa sözlər deyilib. Müxalifət lideri Toma Nikoliç toplaşanlar erkən seçkilər tələbi ilə aclıq aksiyasına başladığını elan edib. Serbiyada iqtisadi vəziyyət ağırlaşdıqca hökumət əleyhinə müxalifət hərəkatının genişləndiyi müşahidə olunur. Fevral ayında maaşların artırılması tələbil ilə hökumət əleyhinə mitinqdə 70 min insan iştirak etmişdi. Ölkədə seçkilər gələn keçirilməlidir. Hökumət erkən seçkilərə razı olmayaraq, bunun Serbiyanın Avropa İttifaqına üzv olması prosesini ləngidəcəyini bildirir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG