Accessibility links

Serbiya polisi Macarıstan sərhədi yaxınlığında atışmadan sonra 6 nəfəri saxlayıb


Serbiyanın Macarıstanla gərgin sərhədi yaxınlığında miqrantlar arasında atışmanın üç insanın ölümü, birinin yaralanmasına səbəb olmasından sonra Serbiya polisi altı nəfəri həbs edib, avtomatik silahları ələ keçirib.

Polis cümə günü bildirib ki, onlar qanunsuz silah və partlayıcı maddələr saxlamaqda şübhəli bilinən dörd Əfqanıstan və iki Türkiyə vətəndaşını saxlayıblar. Onların da atışmada ittiham olunub-olunmayacağı dərhal bəlli olmayıb.

Miqrant qruplar arasında toqquşma cümə günü Horqos kəndi yaxınlığında tərk edilmiş ferma anbarında baş verib. Polis ərazidə reyd keçirib və iki avtomatik tüfəng və sursat ələ keçirib. Bəyanatda bildirilib ki, onlar həmçinin 79 miqrantı aşkar edib və onları qəbul mərkəzlərinə transfer edib.

Serbiya ilə Avropa İttifaqı üzvü olan Macarıstan arasındakı sərhəd yaxınlığında zorakılıq və silahlı atışma halları adi hal alıb. Minlərlə miqrant bu ərazidə düşərgə salaraq insan qaçaqmalçılarının köməyi ilə sərhədi keçməyin yollarını axtarır.

Serbiya polisi son aylarda zərhəd zonasında bir neçə dəfə reyd keçirərək, insan qaçaqçılığında şübhəli bilinənləri həbs edib, silahları müsadirə edib. Dövlət RTS televiziyasının məlumatına görə, Prezident Aleksandr Vuçiç cümə günü deyib ki, Serbiya “bunu həll etmək üçün” ordunu gətirə bilər

Serbiya-Macarıstan sərhəd ərazisi Qərbi Avropaya Balkan miqrasiya yolunun üzərinə yerləşir ki, bu yol Türkiyədən Yunanısran və Bolqarıstana, oradan da Şimali Makedoniya, Sebiya və ya Bosniyaya qədər uzanır.

Macarıstanın qəti anti-immiqrant hökuməti axının qarşısını almaq üçün Serbiya ilə sərhəddə ülgüc məftilli hasar inşa edib. Ancaq sərhəd ərazisində insan qaçaqçılığı ilə məşğul olan qanqsterlər artıb və onlar tez-tez nəzarət üzərində toqquşurlar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG