Serbiyada Yuqoslaviyanın sonuncu kralı II Piterin qalıqları dəfn edilib. O, İkinci Dünya Müharibəsi zamanı ölkədən qaçıb və 1970-ci ildə Birləşmiş Ştatlarda vəfat edib.
Keçmiş kralın qalıqları xanımı, anası və qardaşının qalıqları ilə bərabər Oplenak şəhərinin müqəddəs Corc kilsəsinin ailə qəbirstanlığında dəfn edilib. Mərasim dövlət televiziya ilə canlı yayımlanıb.
Mərasimində iştirak edən dövlət rəsmiləri bu addımı birlik və əminəmanlıq kimi qiymətləndirib.
Kommunistlərin ölkəni ələ keçirərək, monarxiya rejimini ləgv etməsindən sonra kral Yuqoslaviyaya heç bir zaman qayıda bilməmişdi.
O, 47 yaşında vəfat edib və İllionis ştatının Libertivil şəhərinin Serbiya Ortadoks kilsəsinin monastırında dəfn edilib.