Accessibility links

Serbiya silahlı qüvvələri gücləndirmək üçün Rusiyadan hərbi təyyarələr almaq istəyir


Serbiya prezidenti Aleksandr Vuçiç bazar günü ölkəsinin daha çox döyüş təyyarəsi alaraq, silahlı qüvvələrin daha da gücləndirilməsinə çalışdığını deyib.

Vuçiç bu açıqlamanı Serbiyanın Voyvodina muxtar vilayətindəki Sremska- Mitrovitsa tank briqadasını ziyarət edərkən verib.

"Biz qonşuluqdakı bəzi NATO ölkələrinin ABŞ, Almaniya və digər ölkələrdən aldığı hədiyyə və ianələri izləyə bilmərik. Buna görə də sülhü və gələcəyimizi qorumaq üçün təkbaşına mübarizə aparmalıyıq" - deyə, Vuçiç bildirib.

Vuçiç Belqradın hansı döyüş təyyarələrini almağı planlaşdırdığını açıqlamayıb, lakin məqsədin ölkəsinin təhlükəsizliyinin və Balkan regionunda sabitlik və sülhün qorunması olduğunu deyib.

"Biz bir hərbi baxımdan neytral bir ölkə olaraq hərbi neytrallığımızı qorumaq istəyirik. Bu da o deməkdir ki, biz yalnız özümüz hava hövzəsini qorumaq, ölkəmizi qorumalıyıq. Biz pul investisiya edəcəyik və inanıram ki, heç bir yarışda iştirak etmədən, hər zaman təhlükəsizliyi, sabitliyi, eyni zamanda sülhü təmin edə biləcəyik", Vuçiç bildirib.

Hökumətyönlü kütləvi informasiya agentlikləri Serbiyanın ABŞ-dan rəsmi olaraq 20 qırıcı döyüş təyyarəsi almaq istədiyini, lakin Vaşinqtonun bu müraciətə cavab vermədiyi haqda məlumat verib.

Məlumatlarda ABŞ-ın imtina etdiyi təqdirdə Serbiyanın çox ehtimal ki, Rusiyadan "SU-25" hərbi təyyarələrini almalı olacağı bildirilib.

XS
SM
MD
LG