Accessibility links

Serbiyada hökumət əleyhinə etirazlar keçirilir


Serbiyada hökumət əleyhinə keçirilən nümayişlər zamanı minlərlə insan yolları blok edib. Nümayişlərdə ətraf mühit fəallarının iddia etdiyinə görə, arici şirkətlər yerli ehtiyatları istismar etməyə imkan yaradacaq iki yeni qanun hədəf alınıb.

Serbiya hökuməti iki şirkətə, Çinin mis mədənçisi Zijin və Rio Tintoya mədənçiliq haqları təklif edib. Ətraf mühit fəalları deyir ki, layihələr Balkan ölkəsində torpaq və suları çirkləndirəcək.

Bu etiraz gələn il keçiriləcək parlament və prezident seçkilərindən öncə Prezident Aleksandr Vuçicin başçılıq etdiyi hakim Xalqın Tərəqqi Partiyasına baş ağrısı yaradır.

Minlərlə insan paytaxt Belqradda əsas körpünün üstündə toplaşaraq “Rio Tinto Drina Çayından uzaqlaş” şüarları səsləndirib.

Onlar əllərində “İnvestorları durdurun, təbiəti qoruyun. Biz, Serbiyadakı təbiəti vermirik” və “Torpaq, su və hava üçün” kimi şüarların yazıldığı plakatlar nümayiş ediblər.

Serbiya boyu, o cümlədən ikinci ən böyük şəhər Novi Sad, Sabak, Uzice, Nis və Zajecar şəhərlərində baryerlər quraşdırılıb.

“Səbəb torpaqlarımız, suyumuz və havamızı qorumaqdır. Biz onların ucuza satılmalarını istəmirik,” Belqradda etiraz edən tələbə Stefan deyib.

Rio Tinto bütün ölkədaxili və Aİ-nın ətraf mühit standartlarına əməl etməyə söz verib, lakin fəallar deyir ki, şirkətin planlaşdırdığı 2.4 milyon dollarlıq litium mədəni ərazidəki içməli suları geri gətirməyəcək şəkildə çirkləndirəcək.

Etirazçılar ötən ay insanların çirkləndirici layihələrə etiraz etməsini çətinləşdirəcək refendum qanununa, habelə dövlətin özəl torpaqı ələ keçirməsini asanlaşdıran yeni istismar qanununa görə qəzəblidirlər.

Prezident Vuçic öz Instagram hesabında Qornye Nedelyise kəndinin şəklini paylaşıb. Orada Rio Trente gələcək litium layihələri üçün artıq torpaq alıb.

Vuçic deyib ki, layihənin ətraf mühitə təsiri ilə bağlı araşdırma başa çatandan sonra o, refendumun keçirilməsinə çağıracaq ki, insanlar layihənin həyata keçirilib-keçirilməməsinə səs verə bilsinlər.

“Bu gün inşa etdiyimiz hər şevi övladlarımıza qoyub gedirik,” Vuçic Instagram-da yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG