Accessibility links

Serbiyada prezident seçkilərinin ikinci turu keçirilir


Serbiyada vətəndaşlar prezident seçkilərinin ikinci turunda səs verirlər. Yekun qarşıdurmada Qərb təmayüllü Boris Tadiç millətçi Tomislav Nikoliçlə üzləşir.

Üçüncü dönəm hakimiyyətdə qalmağa çalışan Tadiç seçkilərin birinci turunda Nikoliçdən bir qədər çox səs toplamışdı. Amma heç bir namizəd seçkiləri udmaq üçün kifayət qədər səs toplaya bilməmişdi.

Cənab Nikoliçin rəhbərlik etdiyi Serbiya Proqressiv Partiyası Tadiçin tərəfdarlarını seçkiləri saxtalaşdırmaqda ittiham edir. Bu ittihamları Serbiya seçki rəsmiləri və xarici monitorlar rədd ediblər.

Dağıdıcı Balkan müharibələrinin irsini arxada qoymağa çalışan Serbiya hazırda 24 faiz işsizliklə üzləşir.

XS
SM
MD
LG