Accessibility links

Serbiyanın yeni siması - Novak Cokoviç (VIDEO)


Serbiyanın yeni siması - Novak Cokoviç (VIDEO)
Serbiyanın yeni siması - Novak Cokoviç (VIDEO)

Dünya mətbuatında yalnız ölkələrinin keçmiş müharibə tarixi barədə xəbərlərdən bezən serblərin indi yeni qəhrəmanı var – Novak Cokoviç. Tennisçi Cokoviç Yuqoslaviyanın xaotik ayrılması dövrü gənc yaşlarında məşqlərə başlayıb və indi dünyanın bir nömrəsi kimi US Open turnirində mübarizəyə başlayıb. Ancaq müharibə dövrünün sabiq iki generalının bu yaxınlarda həbs olunması dünya mətbuatında daha çox diqqət cəlb edir.

Yelena Genciç 70 il ölkəsinin ən çətin dövrlərində yaşayıb. Tennis müəllimi olan Genciç Serbiyanın ən parlaq idmançısını üzə çıxarmağı ilə tanınır.

Genciç Novakla neçə tanış olduğunu danışır: “Mən hasarın arxasında balaca bir oğlan gördüm. Səhər tezdən o, saatlarla bizi izləyirdi. Gedib ondan soruşdum:

- Balaca, sən bilirsən, biz burada nə eləyirik?

- Bəli bilirəm, siz tennis oynayırsınız.

- Adın nədir?

- Novak Cokoviç!

O, çox aydın, çox güclü səslənirdi”.

Serbiyanın yeni siması - Novak Cokoviç (VIDEO)
Serbiyanın yeni siması - Novak Cokoviç (VIDEO)
Novak Cokoviçin böyük portreti Belqradda binanın üzərindədir. Onun hər bir oyununu kafelərdə canlı izləyirlər. Dünya birincisi olmaq onun üçün asan olmayıb.

Tam Cokoviç tennis istedadını aşkar etdiyi vaxt Yuqoslovakiyada 1990-cı illərin əvvəllərində qanlı parçalanmalar başladı.

Onun yeniyetmə yaşlarındakı təlimləri Kosovo münaqişəsi və NATO-nun Belqradı bombardmanı fonunda keçib.

Məşqçi Genciç Cokoviçin bombalardan yayınaraq neçə məşq etdiyini nəql edir: “Radioya qulaq asdım. Bomba Banitsaya düşüb. Oldu, sabah elə orada məşq edəcəyik

-Yox, nə üçün orada?

- Çünki, sabah şəhərin başqa bir yeri bomba hücumuna məruz qalacaq. Belə də oldu. Mən səhər radioya qulaq asanda haranın hücuma qaldığını eşidirdimsə, biz həmin gün Belqradın o hissəsində məşq edirdik”.

Novak Cokoviçin qələbəsi diqqətləri Serbiya tennisinə yönəltsə də, ölkə fərqli məsələ ilə gündəmdədir.

May ayında sabiq bosniyalı serb general Ratko Mladiçin, iyulda isə keçmiş xorvat serb general Qoran Hadziçin həbsi ölkənin qəddar keçmişini xatırladırdı. Onların hər ikisi Balkan münaqişəsi zamanı müharibə cinayətləri törətməkdə ittiham olunur.

Serbiyanın yeni siması - Novak Cokoviç (VIDEO)
Serbiyanın yeni siması - Novak Cokoviç (VIDEO)
Serbiya Jurnalistlər Assosiasiyasının prezidenti Liliyana Smaloviç deyir ki, ölkə əhalisi Serbiyanın probleminin dünya mediasında səthi işıqlandırılmasına qəzəblidir.

Mladiç və Hadziçin həbsi Serbiyanın Avropa Birliyinə daxil olması ümidlərini artırıb.

Ancaq Almaniya kansleri Angela Merkel Belqradı xəbərdar edib ki, ölkə 2008-ci ildə müstəqilliyini elan edən Kosovo ilə danışıqlarla bağlı da inkişafa nail olmalıdır.

Liliyana Smaloviç serblərin Avropa İttifaqının tələblərindən bezdiklərini deyir: “Mən ümidlərin ölməsinin gələcəkdə problemlər yaradacağını düşünürəm. Bizə deyilən alternativə getmək heç zaman mümkün olmayacaq.”

. . . Qayıdaq yenidən tennisə. Yelena Genciç Serbiya ulduzlarının növbəti nəslini yetişdirir.

NATO-nun Belqradı bombalaması tarixi ilə həmyaşıd olan 12 yaşlıların isə əsas məqsədi kumirlərinə oxşamaqdır.

Serbiyada milyonlarla digər insan kimi onlar da Cokoviçin US Open-i qazanması cəhdlərində hər bir addımını yaxından izləyəcək. O, belə görünür bu ölkəni Serbiyanın yeni simasında birləşdirən bir şəxsdir.

XS
SM
MD
LG