Accessibility links

Prokuror jurnalistə beş il yarım həbs istəyib


Sərdar Əlibəyli
Sərdar Əlibəyli

Sərdar Əlibəyli tənqidi yazılarına görə həbs edildiyini bildirir

Bakının Xətai Rayon Məhkəməsində Abil Məmmədovun sədrliyi ilə PS.Nota qəzetinin və www.psnota.com saytının redaktoru Sərdar Əlibəylinin işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Prokuror S.Əlibəylinin Cinayət Məcəlləsinin 221.3-cü maddə ilə (silah və ya silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq törətmək) təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S.Əlibəylinin vəkili Samir İsayev bildirib ki, məhkəmə iclasında S.Əlibəylinin günahı sübuta yetirilməyib. Zərərçəkən və şahidlər qarışıq, ziddiyyətli ifadələr veriblər.
Eyni zamanda prosesdə müdafiə tərəfinin şahidləri dindirilməyib.

Noyabrın 12-də vəkilin və müttəhimin çıxışları gözlənilir.

Bundan əvvəl redaktor tənqidi və təhqiredici yazıların dərcinə görə dəfələrlə saxlanılıb.
S.Əlibəylinin həmkarlarının fikrincə, bu dəfə həbsə dövlət başçısı İlham Əliyevin ünvanına tənqidin və kollajın Facebook-da yerləşdirilməsi, həmçinin siyasi mühacir İsa Sadıqovun yazılarının dərci səbəb olub
XS
SM
MD
LG