Accessibility links

Serena Uilyams 17 min dollar cərimə edilib


Serena Uilyams Nyu Yorkda 2018-ci il tennis üzrə ABŞ Açıq çempionatında onu məğlub edən Naomi Osakanı qucaqlayır, 8 avqust, 2018.

ABŞ Tennis Assosiasiyası 2018-ci il tennis üzrə ABŞ Açıq çempionatının (US Open) qadınlar arasında final matçında pozuntulara görə Serena Uilyamsı 17 min dollar məbləğində cərimə edib.

Uliyams ilk dəfə olaraq “Böyük dəbilqə” seriyasından olan çempionatda qəlbə əldə etmiş 20 yaşlı Naomi Osaka ilə olduqca mübahisəli matç zamanı üç pozuntu ilə əlaqədar cərimə ödəcəyək.

Serena Uilyams hakim Karlos Ramosa çığırır, 8 avqust, 2018.
Serena Uilyams hakim Karlos Ramosa çığırır, 8 avqust, 2018.

Tennis ulduzunun yol verdiyi ilk pozuntu matç zamanı məşqçidən təlimatlar alması ilə bağlıdır. Bunun üçün 3 min dollar məbləğində cərimə müəyyən edilib. İkinci pozuntu olan tennis raketkasını sındımaqla əlaqədar olaraq tətbiq edilən cərimənin miqdarı 4 min dollardır. Hakim Karlos Ramosun Uilyams xaldan məhrum olduğu üçün onu “oğru” adlandırmasını təhqir kimi qiymətləndirdiyi üçüncü pozuntu tennis ulduzuna oyunu uduzması və 10 min dollara başa gəlib.

Serena Uilyamsın cəriləmələnməsi onun pərəstişkarları və tennis dünyasının tanınmış simalarının tənqidlərinə səbəb olub.

“Qadın emosional olanda, o, “isterikadadır” və o buna görə cəzalandırılır. Kişi eyni şeyi edəndə o, “səmimidir” və bunun heç bir nəticəsi olmur. Bunu ikili standart adlandırdığın üçün çox sağ, Serena Uilyams. Bunu etmək üçün daha çox səsə ehtiyac var ”, professional tennis oyunçusu, dünyanın keçmiş bir nömrəli raketkası, uzun illərdir qadın idmançıların hüquqları və bərabərliyi tərəfdarı olan Billi Cin Kinq Twitter səhifəsində yazıb.

Naomi Osaka Serena Uilyams üzərində qələbədən sonra ABŞ Açıq çempiontaının kuboku ilə, 8 avqust, 2018.
Naomi Osaka Serena Uilyams üzərində qələbədən sonra ABŞ Açıq çempiontaının kuboku ilə, 8 avqust, 2018.

Naomi Osaka Serena Uilyams üzərində 6-2, 6-4 hesabla qələbə çalaraq, Yaponiyadan “Böyük dəbilqə” seriyasından olan çempionatda ən yüksək titul qazanan ilk idmançıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın Baxmut şəhərinə iri hücumlarını dəf edib
please wait

No media source currently available

0:00 0:11:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG