Accessibility links

Lavrov Pompeo ilə görüşdən sonra ABŞ-dan daha konstruktiv yanaşma hiss etdiyini bildirib


Rusiya xarici işlər naziri Sergey Lavrov bazar ertəsi ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra ABŞ - Rusiya strateji dialoqu məsələsində Vaşinqtondan daha konstruktiv bir yanaşma hiss etdiyini söyləyib.

İki ölkənin ən yüksək səviyyəli diplomatı cümə günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüb. Lakin hər iki tərəf bu günə qədər görüşün detalları barəsində ətraflı məlumat verməyib.

"Amerikalı tərəfdaşlarımızın daha konstruktiv bir yanaşma istiqamətində bəzi kiçik addımlarını hiss etdim" - deyə, Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirib. O həmçinin onların Rusiya ilə ABŞ arasındakı strateji dialoq və silahlara nəzarət ilə bağlı mövzularda danışdıqlarını əlavə edib.

Moskva və Vaşinqton arasında ən əsas silah müqaviləsi olan Yeni START müqaviləsi gələn il başa çatır. Rusiya onun müddətinin uzadılmaslna hazır olduğunu söyləsə də, ABŞ rəsmiləri müqaviləni qüsurlu və köhnəlmiş adlandırır.

Müqavilə dünyanın iki ən böyük nüvə güdrəti arasında nüvə silahlarına nəzarətə dair bağlanmış son böyük müqaviləsidir. Müqaviləyə əsasən tərəflərin yerləşdirə biləcəkləri strateji nüvə başlıqlarının sayı məhdudlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG