Accessibility links

Sergey Lavrov Azərbaycana gəlir


Sergey Lavrov

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dekabrın 2-də Azərbaycana ikigünlük səfərə gəlir.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi Lavrovun səfərindən öncə yaydığı məlumatda deyilir.

O, Prezident İlham Əliyevlə görüşəcək, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq.

Danışıqların əsas mövzusu Azərbaycanın separatçı Dağlıq Qarabağ regionunda sülhə nail olunması olacaq.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəflərə yardım Rusiya xarici siyasətində prioritet məsələdir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Münaqişənin yalnız siyasi və diplomatik yollarla, tərəflər arasında dialoq vasitəsilə həllinə dair mövqeyimiz dəyişməyib”, – məlumatda vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

XS
SM
MD
LG