Accessibility links

Sergey Lavrov: Dağlıq Qarabağ nizamlanması regional gündəliyin prioritetlərindən biridir


Sergey Lavrov: Dağlıq Qarabağ nizamlanması regional gündəliyin prioritetlərindən biridir
Sergey Lavrov: Dağlıq Qarabağ nizamlanması regional gündəliyin prioritetlərindən biridir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevin təkliflərinə prezident İlham Əliyevin cavabını Rusiya tərəfinə təqdim edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevin təkliflərinə prezident İlham Əliyevin cavabını Rusiya tərəfinə təqdim edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ötən həftə cənab Lavrov Azərbaycana və Ermənistana səfər edərək prezident Dmitri Medvedevin Qarabağ nizamlanmasına dair təkliflərini bu ölkə liderlərinə təqdim edib. “Bu gün Elmar Məmmədyarov bu təklifə Azərbaycan prezidentinin cavabını mənə təqdim etdi. Şübhə etmirik ki, Dağlıq Qarabağ nizamlanması regional gündəliyin prioritetlərindən biridir”, - deyə cənab Lavrov qeyd edib.

Azərbaycan xarici işlər naziri Azərbaycan prezidentinin cavabının təfərrüatlarını açıqlamayıb. “Təfərrüatları tam açıqlamıram. Bu, mənim prezidentimin Dmitri Anatolyeviç Medvedevə cavabıdır, detalları açıqlamaq düzgün deyil”, - deyə nazir vurğulayıb.

Cənab Məmmədyarov qeyd edib ki, erməni tərəfinin də cavabını gözləmək lazımdır. “Ümumilikdə, Azərbaycanda hesab edirik ki, Kazandakı bəyanatlara uyğun olaraq, irəliləyiş var, o, görünür. Əlbəttə ki, hamımız istərdik ki, bu, dönüş olsun, lakin hər halda biz ardıcıl və daimi rejimdə hərəkət edirik”, - deyə o qeyd edib.

Cənab Məmmədyarovun sözlərinə görə, hamı başa düşür ki indiki vəziyyət tərəflərdən heç birini, vasitəçiləri - ABŞ, Fransa, Rusiyanı- qane etmir, indiki vəziyyət qonşularımızı da qane etmir. “Bu kontekstdə biz, əlbəttə, irəliyə doğru hərəkət etməliyik ki, ərazilərin işğalı, etnik təmizləmə, köçkünlər və qaçqınlarla bağlı problemlər keçmişdə qalsın, əməkdaşlıq, çiçəklənmə və inkişaf imkanları bizim region, ilk növbədə Azərbaycan və Ermənistan üçün əsas olsun”, - deyə o əlavə edib.

XS
SM
MD
LG