Accessibility links

Sergey Skripalın yaşadığı ev Noviçok maddəsindən təmizlənib


Sergey Skripalın yaşadığı ev tamamilə Noviçok maddəsindən təmizlənib.

Bu barədə məlumatı Britaniyanın Ekologiya Nazirliyinə istinadən Sky News yayıb. Bildirilib ki, mütəxəssislərdən ibarət komanda 13 min saat ərzində evi zərəsizləşdirib. Uzunmüddətli təmizləmədən sonra ev təhlükəsiz yer elan edilib.

Bundan sonra evdə təmir işləri başlanacaq və ev yenidən istifadəyə veriləcək. Noviçokdan təmizləmə əməliyyatları 11 yerdə aparılıb. Burada söhbət Zazzi restoranından da gedir. Həmin restoranla Skripal qızı ilə bərabər nahar yeməyi yeyib.

Ötən il martın əvvəlində 67 yaşlı Skripal və qızı 34 yaşlı Yulia skamyada huşsuz vəziyyətdə tapılıb. Amma xəstəxanada bir neçə həftəlik müalicədən sonra buraxılıblar.

İyunda isə britaniyalı Daun Sturgess zəhərin qalığı ilə təmasda olandan sonra dünyasını dəyişib, partnoyu xəstəxanaya düşüb.

London onların zəhərlənməsinə görə Moskvanı günahlandırıb.

Rusiya Skripalların zəhərlənməsində əli olmadığını bildirib.

XS
SM
MD
LG