Accessibility links

Azərbaycan Pekində Beynəlxalq Bağçılıq Sərgisində pavilyon qurur


Pekində Beynəlxalq Bağçılıq Sərgisində (Pekin EXPO 2019) Azərbaycan pavilyonunun tikinti-quraşdırma işləri üzrə müqavilə imzalanıb. Pavilyon dövlət büdcəsinə 1 milyon 581,8 min avroya başa gələcək.

Dövlət satınalmaları reyestrinin məlumatına görə, Türkiyənin "Durusu Danişmanlik İthalat və İxracat Xidmətləri Ticarət Ltd" şirkəti pavilyonun tikintisi üzrə tenderin qalibi olub. Müqaviləni 12 sentyabrda Azərbaycan hökuməti adından Ekologiya və Təbii Sərvətlər Nazirliyi imzalayıb.

Bundan əvvəl Ekologiya Nazirliyi "Bellprat Partner" (İsveçrə) şirkəti ilə bu sərgidə Azərbaycanın iştirakı üçün zəruri olan digər işlərin həyata keçirilməsi üzrə razılaşıb və 59 000 avro məbləğində iki müqavilə imzalayıb.

2019-cu ildə Bağçılıq Sərgisi Pekinin Yansin rayonunda keçiriləcək. O, "Yaşıl həyat, daha yaxşı həyat" adı altında təşkil olunacaq və 29 aprel-7 oktyabr tarixləri arasında baş tutacaq.

XS
SM
MD
LG