Accessibility links

TASS: Moskvanın şimal-şərqindəki zavodda baş verən partlayışda 22 nəfər xəsarət alıb


TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi məlumatda bildirilib ki, çərşənbə günü Moskvadan 50 kilometr şimal-şərqdə yerləşən Sergiyev Posad şəhərindəki optik-mexanika zavodunda partlayış baş verib və azı 22 nəfər xəsarət alıb.

İlkin məlumata görə, partlayış piro-texniki avadanlıqların saxlandığı anbarda baş verib. Məşhur "Mash" onlayn xəbər portalı anbarın piro-texnika şirkəti tərəfindən icarəyə götürüldüyünü bildirib.

Sosial mediada yayılan təsdiqlənməmiş görüntülərdə nəhəng tüstü sütunu və pəncərələri sınmış çoxmərtəbəli binaları görmək olub.

TASS xəbər verib ki, zavoddakı insanlar təxliyə edilib.

Sergiyev Posaddakı zavod optik avadanlıqlar istehsal edir. Onun müştəriləri arasında Rusiya təhlükəsizlik qüvvələri də var.

TASS fövqəladə xidmətlərə istinadən bildirib ki, partlayışın son həftələr və aylar ərzində Moskva və ətraf ərazilərə edildiyi kimi Ukraynaya məxsus pilotsuz uçuş aparatları tərəfindən törədildiyindən şübhələnilməyib.

Forum

XS
SM
MD
LG