Accessibility links

Dövlət Sərhəd Xidməti Xəzərdə hərbi təlim keçirib


Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) avqustun 12-dən 14-dək dəniz sərhədlərinin etibarlı müdafiəsi üzrə hərbi təlimlər keçirib.

Azərbaycanın ərazi sularında keçirilən təlimlər zamanı terror qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər hazırlanıb.

"Əsas məqsəd Xəzər dənizində Azərbaycanın mülkiyyətinin mühafizəsi, silahlı birləşmələrin döyüş hazırlığının yoxlanması idi", DSX-nin məlumatında bildirilir.

XS
SM
MD
LG