Accessibility links

Azərbaycanda 3 şəxsin saxta sənədlərlə Avropaya gedişinin qarşısı alınıb


Saxta sənəd
Saxta sənəd

Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa öl­­kə­­lərinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısını alıb.

DSX-nin mətbuat mərkəzinin məlumatına görə, “Şar­ja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı özlərini Böyük Britaniya və­tən­­daşları kimi təqdim edən Sid­diqi Salma və Siddiqi Mujeeb Ur Rehman tərə­fin­­dən sərhəd nə­zarətinə təqdim olunmuş pasportların həqiqiliyi şüb­hə doğurub.

“Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi za­ma­­nı isə özü­­­­nü Almaniya vətəndaşı kimi təqdim edənMu­ham­med Luqman Muhammed Amen pasportunun saxta olmasına şüb­­hələr yaranıb.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şərai­tin­də dərinləş­diril­miş yoxlamadan keçirilib, pasportların məlu­mat sə­hi­fəsinin də­yiş­­­dirilərək saxtalaşdırılması müəyyənləşib. Həmin şəxs­­lə­rin üzə­rinə baxış keçirilərkən onlara məxsus birinci halda Pa­kis­­tan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aş­karlanıb, məqsədlərinin Azərbaycan ərazisin­dən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

XS
SM
MD
LG