Accessibility links

Azərbaycan-İran sərhədində silahlı insident olub


İyunun 21-də Azərbaycan-İran sərhədində silahli insident baş verib, bir nəfər Azərbaycan sərhədçisi yaralanıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, Cəllilabad rayo­nu­nun Bay­xanlı kəndinin (Bakıdan 211 kilometr cənub) yaxınlığın­da dövlət sərhə­dinin po­zulmasına cəhd edil­ib.

Yaralı sərhədçi
Yaralı sərhədçi

“Sərhəd naryadı tərə­fin­dən İrandan Azər­bay­can istiqamə­tində silahlı şəxslərin hərəkətinin qarşısı alınıb. Sərhəd nar­yadının qanuni tələbinə və xəbər­darlıq atəşinə tabe ol­ma­yan sərhəd pozu­cu­ları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sər­həd naryadının baş­çısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağı­rılmış əsgər Ramazan Kuru­pov döş qəfəsi, əl və ayaq nahiyələrindən gül­lə yaraları alıb. Dövlət sərhə­dini pozmağa mü­vəf­fəq ola bilməyən sər­həd pozu­cuları geri qaçıb”, mətbuat mərkəzi bildirir.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gedərək hadisə yerinə baxış keçirib.

Fakt üzrə Hər­bi Pro­ku­rorluq tərəfindən cinayət işi başlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG