Accessibility links

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası davam edir


Noyabın 13-dən 15-dək Moskvada Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə birgə komissiyanın 6-ci iclası keçirilib.

İclasda Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər müzakirə edilib, 2019-cü il üçün komissiyanın iş planı təsdiq olunub və iclasın protokolu imzalanıb.

Növbəti iclasın Azərbaycan ərazisində keçirilməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

2011-ci ildə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev Azərbaycan-Rusiya sərhədini təsdiqləyən müqavilə imzalayıb. Bundan sonra sərhədlərin demarkasiya məsələləri üzrə işlər başlayıb.

Rusiya ilə Azərbaycan arasında sərhədin uzunluğu 390 kilometrdir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG