Kaliforniya qubernatoru Cerri Braun prezident Donald Trampın Meksika ilə sərhədə ordu yerləşdirilməsi xahişinə cavab olaraq 400 Milli Qvardiya qoşunu göndərilməsinə razı olub.
Onlar 55-i sərhəddə olmaqla, 250 nəfərlik Kaliforniya Milli Qvardiyasının qoşunlarına qatılacaqlar.
Tramp sərhəd ştatlarından qeyri-qanuni miqrasiya və narkotik maddə ticarəti ilə mübarizə üçün cənub sərhədinə 4 min əsgər göndərməsini xahiş etmişdi.
Bundan əlavə ABŞ-ın baş prokuroru Cef Seşşons bildirib ki, o, federal prokurorlara qeyri-qanuni yollarla ölkəyə daxil olmaq məsələsinə daha çox diqqət ayrılmasını tapşırıb.
Seşşons immiqrasiya hakimlərinə məhkəmə ittihamlarını azaltmaqla bağlı kvota təyin etdiyini bildirib. O əlavə edib ki, əgər onlar işlərini qənaətbəxş şəkildə yerinə yetirmək istəyirlərsə, il ərzində 700 immiqrasiya işini tamamlamalıdırlar.