Accessibility links

Sərhədsiz Reportyorlar bloger Zaur Qurbanlının azad edilməsini tələb edir


“Hakimiyyət 2013-cü il prezident seçkiləri ərəfəsində fərqli düşünənlərə təzyiqlərə başlayıb”

“Sərhədsiz Reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı Azərbaycanda bloger və vətəndaş cəmiyyəti fəalı Zaur Qurbanlının 15 gün müddətinə həbs edilməsini kəskin pisləyib və onun dərhal azad edilməsini tələb edib.

“Şübhə yoxdur ki, Qurbanlı blogerlik və siyasi fəaliyyətinə görə həbs edilib”, deyə bəyanatda bildirilir.

“Eurovision” müsabiqəsi başa çatdıqdan sonra beynəlxalq təşkilatlar ölkəni tərk etdikdən sonra Azərbaycanda KİV-nin və vətəndaş cəmiyyəti fəallarının təqibi güclənib. Göründüyü kimi, hakimiyyət 2013-cü il prezident seçkiləri ərəfəsində fərqli düşünənlərə təzyiqlərə başlayıb”, deyə sənəddə bildirib.

“Hazırda Strasburqda keçirilən AŞPA sessiyasının iştirakçılarını Azərbaycan hakimiyyətinin diqqətini bunun yolverilməz olduğuna çəkməyə və bütün siyasi məhbusları dərhal azad etmək çağırışı ilə qətnamə qəbul etməyə çağırırıq”, deyə bəyanatda bildirilir.
Bəyanatda Qurbanlının həbsinin təfsilatından, Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və jurnalistlərin digər təqib faktlarından bəhs edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG