ABŞ hərbi qüvvələrinin rəsmiləri Əfqanıstanda təxminən beş il Taliban tərəfindən goriv saxlandıqdan sonra azad edilmiş serjant Boi Berqdalın Birləşmiş Ştatlara qayıtdığı zaman yaxşı durumda olduğunu bildiriblər.
Rəsmilərin bildirdiyinə görə, Almaniyada ABŞ hərbi bazasında müalicə olunduqda sonra cümə günü vətənə qayıdan Berqdal Texasda San Antonio şəhərində suallara cavab vermək üçün kifayət qədər yaxşı vəziyyətdə olub.
Hərbi qüvvələrin rəsmiləri Berqdalın emosional və psixi vəziyyətinin tam normallaşana qədər San Antonioda hərbi bazada qalacağını bildiriblər.
Boi Berqdalın hələlik onun Əfqanıstanda girov götürülməsi və azad edilməsi ətrafında ziddiyyətli xəbərlər haqda məlumatı yoxdur.
ABŞ hərbi qüvvələrinin rəsmiləri Berqdalın 2009-cu ildə Əfqanıstanda öz postunu tərk etdiyini bildiriblər. Onunla xidmət etmiş bəzi əsgərlər Boi Berqdalın fərarilik etdiyini deyir.
Pentaqonun açıqladığı bəyanatda ordunun Berqdalın yoxa çıxması və ələ keçirilməsinin təfərrüatları ilə bağlı əhatəli təhqiqatı davam etdirdiyi bildirilir.
Serjant Berqdal beş ilə yaxın Əfqanıstanda Taliban tərəfindən girov saxlandıqdan sonra Quantanamoda həbsxanasındakı beş Taliban məhbusu ilə dəyişdirilib.