Accessibility links

Servantesin cəsədinin qalıqları axtarılır


Alimlər "Don-Kixot" əsərinin müəllifi Migel de Servantesin cəsədini Madridin Trinitarians məbədində axtarmağa başlayıb.

Ölümündən 400 ilə yaxın vaxtın keçməsindən sonra tibbi ekspertlər radarlardan istifadə edərək, yazıçının cəsədinin qalıqlarını Madridin mərkəzindəki 17-ci əsrə aid məbədin divarları altında axtarır.

Alimlərdən ibarət qrup tədqiqat işlərinə bazar ertəsindən başlayıb və axtarışların bu ilin sonunadək davam edəcəyini bildirib.

Servantes 1616-ci il aprel ayının 22-də Villiam Şekspirdən bir gün əvvəl dünyasını dəyişib. Servantesin ölən zaman 68 yaşı var idi.
XS
SM
MD
LG