Accessibility links

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb


AŞPA-da “Maqnitski qətnaməsi” üzrə Rusiyanı yalnız Azərbaycan dəstəkləyib
AŞPA-da “Maqnitski qətnaməsi” üzrə Rusiyanı yalnız Azərbaycan dəstəkləyib

İyunun 25-də Azərbaycan prezidenti İlham Əliyev AŞPA-da çıxış edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-27-də Strasburqda keçiriləcək yay sessiyasının gündəliyini elan edib.

AŞPA-nın mətbuat xidmətinin məlumatına görə, gündəlikdəki məsələlər arasında iyunun 23-də Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı da var.

İyunun 25-də isə Azərbaycan prezidenti İlham Əliyev çıxış edəcək.

Sessiya zamanı AŞ-nin yeni baş katibi seçiləcək, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri seçiləcək.

Bundan başqa, sessiya iştirakçıları bir sıra ümumavropa problemlərini, o cümlədən miqrasiya, KİV və s. məsələləri müzakirə edəcəklər.
XS
SM
MD
LG