Accessibility links

Səudiyyə Ərəbistanı Sudan prezidentinin təyyarəsinin hava hövzəsinə daxil olmasına icazə verməyib



Sudan hökuməti Səudiyyə Ərəbistanının İrana səfər edən prezident Ömər Əl-Bəşirin təyyarəsinin ölkənin hava hövzəsinə daxil olmasına icazə verməyib.

Sudanın dövlət xəbər agentliyinin verdiyi məlumata əsasən, cənab Bəşirin təyyarəsi Səudiyyə Ərəbistanının aviasiya rəsmilərinin təyyarənin ölkənin hava hövzəsinə daxil olmasına icazə verməməsindən sonra geri dönməyə və Xartuma geri qayıtmağa məcbur edilib.

Sudan dövlət xəbər agentiyi cənab Bəşirin Səudiyyə Ərəbistanının çarter təyyarəsi ilə İran prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər etdiyi və təyyarənin əvvəlcədən Səudiyyə Ərəbistanı üzərindən uçmasına icazə alındığı haqda məlumat verib.

Səudiyyə Ərəbistanı rəsmiləri hələlik heç bir açıqlama verməyib və cənab Bəşirin təyyarəsinin ölkə üzərindən uçmasına icazənin verilməməsinin səbəblərini də izah etməyib.

Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərdə gərginlik mövcuddur.

Human Rights Watch təşkilatının fəalları dünya ölkələrinin Sudanın Darfur regionunda bəşəriyyətə qarşı cinayətlər və soyqırımla əlaqədar Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan prezident Bəşiri qəbul etməməsinə çalışır.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG