Accessibility links

Səudiyyə Ərəbistanının vəliəhdi həbslərlə siyasi hakimiyyəti gücləndirməyə çalışır


Səudiyyə Ərəbistanının şahzadəsi, vəliəhd Məhəmməd bin Salman
Səudiyyə Ərəbistanının şahzadəsi, vəliəhd Məhəmməd bin Salman

Səudiyyə Ərəbistanının gələcək kralı korrupsiya əleyhinə kampaniya çərçivəsində kral ailəsinin üzvləri, nazirlər və investorlar da daxil olmaqla çox sayda insanı həbs edərək, öz hakimiyyətini gücləndirməyə çalışır. Həbs edilən kral ailəsi üzvləri arasında krallığın ən tanınmış biznesmenlərindən biri olan şahzadə Əlvalid bin Talal da var.

Şahzadə Əlvalid kralın qardaşı oğludur. O, Kinqdom Holding investisiya şirkətinin sahibi və Citigroup və Twitter INC kimi şirkətlərə investisiyalar edib. Əlvalid Səudiyyə Ərəbistanında həbs edilmiş 11 şahzadə, dörd nazir və onlarla keçmiş nazir arasındadır.

Şahzadə Əl-Valid bin Talal
Şahzadə Əl-Valid bin Talal

Krallığın siyasi və biznes elitasının üzvlərinin həbsi Milli Qvardiyanın rəhbəri şahzadə Miteb bin Abdullaya da şamil olub. O saxlanılıb və Milli Qvardiyanın naziri postunda şahzadə Xalid bin Ayyafla əvəz edilib.

Həbslər haqda xəbərlər bazar günü kral Salmanın korrupsiya əleyhinə komitənin yaradılması haqda fərman verməsindən sonra yayılıb. Kralın 32 yaşlı oğlu, vəliəhd Məhəmməd bin Salman komitənin rəhbəri təyin edilib.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Saud
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Saud

Komitəyə işləri təhqiq etmək, həbs orderi vermək, səfərlərə qadağa qoymaq və hesabları dondurmaq kimi geniş səlahiyyətlər verilib.

“Korrupsiyanın kökü kəsilməsə və korrupsiyalaşmış şəxslər məsuliyyətə cəlb edilməsə vətən mövcud olmayacaq”, kral fərmanında deyilir.

Təhlilçilər deyir ki, həbslər dünyanın ən böyük nef ixracatçısı olan Səudiyyə Ərəbistanında siyasi fiqurları hakimiyyətdən kənarlaşdıraraq siyasi nəzarəti ələ almağa çalışan vəliəhdin atdığı daha bir preventiv addımdır.

XS
SM
MD
LG