Accessibility links

Seul Şimali Koreyanın yeni nüvə sınağı keçirə biləcəyi barədə xəbərdarlıq edib


Cənubi Koreya rəsmiləri Şimali Koreyanın yeni yeraltı nüvə sınağı keçirməyə hazırlaşdığı ilə bağlı xəbərdarlıq edib.

Cənubi Koreyanın müdafiə nazirliyinin sözçüsü Kim Min-Seok bu nəticənin Şimali Koreyanın Punqqyeri sınaq mərkəzində fəallığın artmasının müşahidə edilməsindən sonra çıxarıldığını deyib.

Cənab Kim obyektdə müşahidə edilən fəailiyyətlərin xarakteri barədə məlumat verməyib, lakin bunun Şimali Koreya tərəfindən hiylə ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

O, Seul və Vaşinqtonun nüvə sınağı obyektini yaxından izlədiyini və bununla əlaqədar olaraq xüsusi işçi qqrupu yaratdığını deyib.

Şimali Koreya 2006, 2009 və 2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq nüvə sınağı həyata keçirib.

Keçən ay Pxenyanq yeni növ nüvə sınağı həyata keçirəcəyi barədə xəbərdarlıq edib.

Bəzi təhlilçilər ABŞ prezidentinin Seula bu həftə səfəri zamanı Şimali Koreyanın provokasiyalara əl ata biləcəyini proqnozlaşdırır.
XS
SM
MD
LG