Accessibility links

Seul sakinləri Tramp-Kim sammiti ilə bağlı gözləntilərini bölüşür


Seul sakinləri Tramp-Kim sammiti ilə bağlı gözləntilərini bölüşür
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Seul sakinləri Tramp-Kim sammiti ilə bağlı gözləntilərini bölüşür

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında ikinci zirvə görüşü çərşənbə günü Vyetnamın Hanoy şəhərində baş tutacaq. İki liderin görüşə hazırlaşdığı bir vaxt Cənubi Koreya paytaxtının sakinləri öz gözləntilərini paylaşıb.

Hanoy şəhərində keçiriləcək ikinci ABŞ-Şimali Koreya zirvə toplantısı üçün hazırlıqlar başa çatmaqdadır.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un ötən ilin iyun ayında Sinqapurda Koreya yarımadasının nüvəsizləşdirilməsilə bağlı razılaşmanın irəliləyişini müzakirə etmək üçün çərşənbə günü axşam görüşəcək.

Ötən həftə Oval Ofisdə çıxışı zamanı Donald Tramp görüş haqda nikbinliyini bildirib.

"Düşünürəm ki, gələn həftə olduqca maraqlı olacaq. Məncə ikinci görüşdən çoxlu nəticələr əldə olunacaq. Hər halda mən belə düşünürəm, nüvəsizləşdirilmə əlbəttə ki", ABŞ prezidenti Donald Tramp deyib.

Zirvə görüşünün nəticəsi yarımadanın həyatına birbaşa təsir göstərdiyindən Seul sakinləri görüş haqda çox şey söyləyib.

Uzun zamandır Seulda yaşayan Koreya-Amerikalı Uilyam Ço Hanoy zirvə görüşündən hansı nəticə əldə olunacağına əmin olmasa da, ümumiyyətlə nikbin fikrə malikdir.

"Bunun nüvəsizləşdirmə olmalı olduğunu düşünmürəm, lakin o, BMT və konqresin sanksiyalarının lazımi yumşalması üçün nə isə etməlidir. Bəziləri onun bunu heç vaxt etməyəcəyini düşünür. Ancaq məncə o çox şey əldə edə bilər, nüvə silahı saxlamaqla nə edəcək?", Seul sakini Uilyam Ço deyib.

Zirvə görüşünə etirazların olduğu yerdən Freedom House-un rəsmi nümayəndəsi Kim Sanq-Jin son 70 ildə Pxenyanda çox az dəyişikliyin olmasını qeyd edərək, Şimali Koreyanın Cənuba qarşı əvvəlki provokasiyalarını qınayıb.

"Zənnimcə Şimali Koreyanın tamamilə nüvəsizləşdirilməsi lazımdır: nüvə silahları, döyüş başlıqları, işə salınma vasitələri və texnikalar aşkar edilməli və nüvəsizləşdirmə tədbirləri tamamlanmalıdır. Burda tələb olunan kompromis yox, prinsipiallıqdır", Freedon Housun sözçüsü Kim Sanq-Jin deyib.

Kim Eun Amerikanın Səsinə müzakirələrin yaxşı olduğunu, lakin nüvəsizləşdirilmə və unifikasiyanı ləngitdiyini bildirib.

"Sammitdə iki liderin görüşü bir o qədər də mühüm deyil, nə Şimali, nə də Cənubi Koreyanın hələ hazır olmadığı üçün nə isə gözləmək üçün tezdir. Yəni, Şimal və Cənub hələ də bir-birlərinə şübhə ilə yanaşır", Seul sakini Kim Eun-Suk deyib.

Tramp və Kim arasında ikinci sammit fevralın 27-28-ində baş tutacaq.

XS
SM
MD
LG