Accessibility links

Seul: Tramp və Mun Şimali Koreya ilə danışıqları davam etdirməyi müzakirə edib


Kim Conq Un, Donald Tramp və Mun Cae-inin karton maketləri

Cənubi Koreyanın prezidenti Mun Cae-in və ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı nüvə silahlarına malik Şimali Koreya ilə dialoqu davam etdirmək üzərində razılaşıb. Bu barədə şənbə günü rəsmi Seul məlumat verib. İki müttəfiqin vəziyyətin "ağırlaşdığını" qəbul etdiyi də bildirilib.

Nüvəsizləşdirmə danışıqları Hanoyda fevral ayında keçirilən zirvə görüşündə danışıqlar heç bir nəticə verməyəndən bəri dayandırılıb. Bundan əalvə Vaşinqtonun Pxenyaya güzəştlərə getməsi üçün bu ilin sonuna tətbiq etdiyi son möhlət tarixi yaxınlaşdıqca da təzyiqlər artmağa davam edir.

ABŞ prezidenti ilə Cənubi Koreya lideri arasında 30 dəqiqəlik telefon danışığı onlar sentyabr ayında Nyu Yorkda BMT-nin Baş Assambleyasında görüşəndən bəri iki lider arasındakı ilk danışıq olub.

“İki lider Koreya yarımadasındakı hazırkı vəziyyətin ağır olduğuna dair qənaətə gəliblər” - deyə Cənubi Koreya prezident aparatının sözçüsü Ko Min-yunq bildirib.

Telefon danışığı ötən həftə Tramp və Şimali Koreya arasında söz mübadiləsinin söz müharibəsinin yenidən başlayacağına dair narahatlıqları artırmasından sonraya təsadüf edib. Pxenyan ABŞ prezidentini “qoca axmaq” çağırmağa davam edəcəyi və ABŞ ordusu Şimali Koreyaya qarşı addım atdığı təqdirdə Pxenyanın hərbi addımla cavab verəcəyi ilə bağlı təhdid edib.

Cənubi Koreya lideri ötən il Sinqapurda Trampla Kim arasında sammitin təşkilində böyük rol oynayıb. Həmin sammitdə nüvəsizləşdimə ilə bağlı yalnız qeyri-müəyyən şifahi vədlər edilmişdi.

XS
SM
MD
LG