Accessibility links

Seulla Tokyo arasında ticarət gərginliyi smartfon təchizatına təsir göstərə bilər


Qlobal mikroçip və smartfon təchizatına təsir göstərə biləcək mübahisənin çözülməsi üçün Yaponiya və Cənubi Koreya arasında danışıqlar nəticəsiz qalıb.

Cənubi Koreya rəsmilərinin cümə günü Tokyoda Yaponiyanın yüksək texnoloji avadanlıqların ixracına nəzarəti artırması üzərində müzakirəsi soyuq əhval-ruhiyyədə start götürüb.

Görüş Cənubi Koreya rəsmilərinin yapon nümayəndələrin əvvəlcədən içərisində əyləşdiyi dar otağa aparılması ilə başlanıb.

Bu, rəsmi Tokyo ötən həftə qeyri-kafi idarəetməni səbəb göstərərək, Yaponiyanın həssas materiallarının Cənubi Koreya şirkətlərinə göndərilməsinin təsdiq prosesini sərtləşdirəndən sonra keçirilən ilk görüşdür.

Yaponiyanın bu addımı Cənubi Koreyaya böyük zərbə kimi yozulur, çünki Cənubi Koreyanın kompüter çipləri, televizorlar və smartfonlarda istifadə olunan ekranların ən böyük ixracatçısı olaraq həmin materiallara ehtiyacı var.

Cənubi Koreya Birləşmiş Millətlər Təşkilatı və ya başqa beynəlxalq qurumun məsələ ilə bağlı təhqiqat aparmasını təklif edib və Yaponiyanın Seulun Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edəcəyinə etibar edilmədiyinə dair iddialarını rədd edir.

Ticarət mübahisəsinin müharibə dövründən qalma narazılıqlarda da kökü var. Belə ki, hazırkı gərginliklər Cənubi Koreya məhkəməsinin yapon şirkətinə qarşı məcburi əməkçilərə kompensasiya ödəməsi barədə hökm çıxardığı vaxta təsadüf edir.

XS
SM
MD
LG