Accessibility links

İstanbulun İstiqlal küçəsindəki hücuma görə 17 nəfər həbs edilib


Bazar günü İstiqlal küçəsində baş verən bomba hücumunda əsas şübhəli, Suriya vətəndaşı Əhlam Əlbəşir bu gün səhər saatlarında həbs edilib.

İstanbul Növbətçi 3-cü Sülh Cəza Məhkəməsi Əlbəşirin də aralarında olduğu 17 şübhəlinin "dövlətin birliyini və bütövlüyünü pozmaq", "qəsdən öldürmək və qəsdən öldürməyə cəhd etmək" ittihamları ilə həbs edilməsinə qərar verib.

Polis hücumun PYD/YPG/PKK/ tərəfindən təşkil edildiyini, Əlbəşirin bu təşkilatlar tərəfindən xüsusi hazırlanmış bir kəşfiyyatçı olduğunu bildirərkən, Azad Suriya Ordusuna aid qruplarla əlaqəli olan, hücumu təşkil etdiyi bildirilən Əmmar və Əhməd Carkasın Facebook səhifələri ortaya çıxdı.

Prokurorluq tərəfindən sərbəst buraxılan 29 şübhəli deportasiya ediləcək.

Bu arada Suriyanın Azez şəhərində hücumla bağlı saxlanılan Hüsamın bu gün İstanbula gətirilməlidir.

Bazar günü bomba hücumundan sonra verdiyi açıqlamalarda ABŞ-ı iki dəfə hədəf alan daxili işlər naziri Süleyman Soylu çıxışında ABŞ-la birlikdə “qlobal ağaların” Türkiyənin 21-ci əsr baxışını əngəlləməyə çalışdıqlarını bildirib.

Süleyman Soylu: "Güclü xarici dəstəyi olan bir terror quruluşu ilə mübarizə aparırıq. Biz bu mübarizəni apararkən konstitusiyadan, qanundan, insan haqlarından heç vaxt əl məkməmişik Hüquqdan, demokratiyadan ayrılmadan bu mübarizəni aparmaq asan iş deyil. Son 3 ildə PKK/PYD-yə Amerika Senatından 2 milyard dollar pul verilib. Bu, Mersin və İstiqlal küçəsi hücumlarının yaşanması, xüsusilə əsrin seçkisi yaxınlaşdıqca Türkiyəni yenidən qlobal qeyri-sabitliyin məngənəsinə çəkmək cəhdidir. Qlobal ustadların, ABŞ-ın verdiyi mesaj Türkiyənin tam müstəqillik yolunda ətraf coğrafiyanı sabitləşdirmək səylərinin qarşısını almağa, dünyaya səsini çıxarma qabiliyyətinə, xüsusən də Türkiyə baxışına yönəlib. Hər iki hadisədə təşkilatlanma, hər iki hadisənin sifarişinin haradan gəldiyi, fəallara verilən təhsil səviyyəsi qlobal sistemin bizim üzərimizə açdığı oyunun böyüklüyünə işarə edir" deyib.

XS
SM
MD
LG