Accessibility links

Amerikada 'Sevgililər Günü' hədiyyələrə təxminən nə qədər xərclənir?


Bu gün amerikalılar Sevgililər Gününü qeyd edir. Sevgililər Günü (Valentine's Day) hər il fevralın 14-də sevgililərin biri-birinə çiçək, şirniyyat və digər hədiyyələr etməsi ilə qeyd edilir.

Keçən il amerikalıların məhz şirniyyata 1.8 milyard dollar xərcləyəcəyi təxmin edilmişdi. Ümumilikdə isə bayramı qeyd edənlərin daha artıq pul xərcləyəcəyi gözlənilirdi. Adambaşına orta məsrəf 162 dollar olaraq, ümumilikdə 20.7 milyard dollar təşkil etmişdi.

Sevgililər günü ən çox pul xərcləyənlər 35 ilə 44 yaş arası insanlardır. Onların hər birinin 279.14 dollar xərcləyəcəyi təxmin edilir. 25-lə 34 yaş arası insanların məsrəflərinin 239.07 dollar olacağı gözlənilir.

Amerikada təkcə sevgililər deyil, uşaqlar, valideynlər, dostlar, müəllimlər və həmkarlara da hədiyyələr bəxş edilir.

Şərhlərə bax

XS
SM
MD
LG