Accessibility links

Sevgililər Günü


Sevgililər Günü
please wait
Embed

No media source currently available

0:00 0:02:54 0:00

Vaxtilə yalnız sevgililərin bayramı olan `Müqəddəs Sevgililər Günü` (Valentin Günü) indi insanların ailə üzvlərinə, dostlarına, həmkarlarına, eləcə də həyat yoldaşlarına, sevgililərinə və tərəfdaşlarına sevgi ifadə etdikləri bir günə çevrilib. Fevralın ortalarında restoran biznesi, çiçək və şokolad alış-verişi zirvəyə qalxır.

“Sevgililər Günü” gənc sevgililərin duyğularını çiçəklər, təbrik açıqçaları və şokoladlarla ifadə etdiyi bir gün hesab edilirdi. Bu Floridada yaşayan cütlüyün dediyi kimi, “hər yaşda aşiq ola bilərsiniz”.

Caki və Li Adelson səkkiz il əvvəl onlayn vasitəsilə tanış olublar. Həyat yoldaşları öldükdən uzun müddət sonra görüşən bu insanlar bir-birinə aşiq olub. "Mən ilk dəfə onun ailəsi ilə qızının evində tanış oldum və onun qızı mənimlə söhbət etməyə başlayanda mən "Lori, mən sizin ananıza aşiq oldum" dedim və bu, onun üçün gözlənilməz oldu və o mənə "siz onunla yeni tanış olmusunuz" dedi. Mən isə "onunla yeni tanış olduğumu bilirəm, amma ona aşiq oldum" dedim” deyə, Li Adelson bildirir.

Təbrik açıqçaları adətən sevimli ailə üzvlərinə, hörmətli həmkarlara və sevildiyini bilməyə layiq olanlara göndərilir. 104 yaşlı Villiam Vayt İkinci Dünya Müharibəsində “Bənövşəyi Ürək” ordeni ilə təltif edilən ABŞ Hərbi Dəniz Donanması veteranıdır. Villiam Vayt: “Mənə təxminən 40 min açıqca gəlib və onlardan hansının bir nömrəli olduğunu soruşsanız mən bu suala cavab verə bilmərəm. Mənim üçün 40 minin hamısı birincidir.”

Kaliforniya ştatının Stokton qocalar evində yaşayan "Mayor Bill"ə təbrik kartlarının ünvanlanması həmin evin sakinlərindən birinin "Valentin əməliyyatı" adlı sosial media kampaniyası ilə bağlayıb. Veteran ehtiram məqsədi ilə 100 kart əldə edilməsi qarşıya məqsəd qoyulmuşdu.

Qızıl gül “Sevgililər Günü”nün əsas hədiyyəsidir və qızıl güllərin əksəriyyəti ABŞ-a Kolumbiyadan gəlir. ABŞ Gömrük və Sərhəd Mühafizəsi keçən il “Müqəddəs Sevgililər Günü”ndən əvvəl 7 milyondan çox qızıl gülü yoxllanışdan keçirib. Atlanta Gömrük İdarəsinin direktoru Pola Rivyera: “Biz güllərin yerləşdirildiyi qutuları deyil, hər qızıl gülün ayrı-ayrılıqda gövdəsini yoxlayırıq. Hər gülü qırılmasın və əzilməsin deyə çox ehtiyatla yoxlayırıq.”

“Sevgililər Günü” həftəsində restoran və əyləncə biznesində xeyli canlanma olur. Hər il “Sevgililər Günü”ndə yeni romantik filmlər nümayiş etdirilir. Builki filmlər arasında 2014-cü ildə çıxan İsveç komediyası "Fors Major" filminin Amerika versiyası olan "Foto" və "Eniş" yer alır.

Şərhlərə bax

XS
SM
MD
LG