Accessibility links

Sevil Süleymani: İran Azərbaycanında qadınlara qarşı zorakılıqlar artıb


Sevil Süleymani: İran Azərbaycanı bölgələrindən gələn xəbərlər göstərir ki, qadınlara qarşı zorakılıqlar artıb
please wait

No media source currently available

0:00 0:12:52 0:00

BMT və digər beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları qlobal pandemiya dövründə məişət zəminində zorakılıq hallarının armasının müşahidə edildiyini bildirir. Ekspertlər pandemiyanın qadınlara qeyri-proporsional təsirləri ilə bağlı xəbərdarlıq edərək narahatlıqlarını ifadə edirlər. Qadın və gender məsələləri üzrə tədqiqatçı, Kaliforniya ştatında San Diyeqo universitetində qadın hüquqları üzrə magistr dərəcəsi almış Sevil Süleymani İran Azərbaycanında pandemiya şəraitində qadınların qarşılaşdığı iqtisadi problemlər, məişət zəminində zorakııq halları və erkən nikahlardan danışıb.

Sevil Süleymani karantin tədbirlərinin tətbiq edilməsi nəticəsində əhalinin böyük hissəsinin evdə qalması, iş yerləri və məktəblərin bağlanması ilə qadınların pandemiyanın iqtisadi təsirləri ilə yanaşı, ciddi psixoloji və mənəvi təsirlərinə məruz qaldığını deyib.

“COVİD gələndən sonra ruhsal durumların pisləşməsi, məişətin çətinləşməsi bunlar hamısı səbəb olub ki, daha çox aşkar və daha açıq şəkildə bu zorakılıqlar gözə çarpsın.”

O, son zamanlar Azərbaycan bölgələrində bir neçə namus qətlinin törədildiyini, lakin hüquq müdafiəçilərinin zorakılıq və qətl halları ilə bağlı dəqiq məlumatları almaqda çətinlik çəkdiyini qeyd edib.

Dərs oxumayıb, təhsili yoxdur, iş tapa bilmir, dili yaxşı bilmir, öz hüququnu öyrənə bilmir, cəmiyyətdə bir yer tapa bilmir. Döyülsə də, söyülsə də, bir növ məhkum kimi o yaşamda davam etməyə məcburdur.

“Bunlardan biri Xoy şəhərində olmuşdu, yəni Azərbaycanın bölgələrində. Təəssüflə, rəqəm ala bilmirik ki, dəqiq bilək ki, nə qədər öldürmələr, nə qədər vurmalar, nə qədər döyülmələr vardır. İran hər zaman qapalı ölkə olub, hər zaman bacardığı qədər istəyib ki, məsələləri ört-basdır eləsin...Ölümlər və xəbərlər göstərir ki, qadınlara qarşı zorakılıq çoxalıbdır. Qətl xəbərləri gəlir, amma təəssüflə, heç bir dəqiq rəqəmlə bunu sübut edə bilmirik.”

Sevil Süleymani İran Azərbaycanın bölgələrində son illər erkən nikahların da artmasının müşahidə edildiyini qeyd edib.

“Xüsusilə Azərbaycan vilayətlərində neçə ildir İranda ən birinci yerdə gələn regionlardan biridir. Uşaq evlilikləri 17-18 yaşından aşağı düşüb. 15, 14-ə gəlib çatıb, bu vəziyyətdə.”

O, etnik azlıqların yaşadığı bölgələrdə ağır qtisadi durumun qızların təhsil imkanları və cəmiyyətə inteqrasiyasına birbaşa təsir göstərdiyini qeyd edib.

“Dərs oxumayıb, təhsili yoxdur, iş tapa bilmir, dili yaxşı bilmir, öz hüququnu öyrənə bilmir, cəmiyyətdə bir yer tapa bilmir. Döyülsə də, söyülsə də, bir növ məhkum kimi o yaşamda davam etməyə məcburdur.”

Qızların təhsil imkanlarının artırılması, qadınlara qarşı zorakılıq halları və erkən nikahların qarşısının alınmasında maarifləndirilmənin rolunu vurğulayan Sevil Süleymani İran rejiminin xüsusilə də etnik bölgələrdə vətəndaş cəmiyyətini “dövlətə təhlükə” hesab edərək, onun fəaliyyətinə imkan vermədiyini bildirib.

“Təəssüflə, İran Azərbaycanında, İranda ümumiyyətlə belə bir cəmiyyətlər heç bir zaman rahatcasına heç bir iş görə bilməyiblər, davam edə bilmirlər. Hər zaman dövlət bunu özünə qarşı bir əməl hesab edərək, onlara sərt təpki göstərir. Və yenə gəldikdə, etnik məsələsində ikiqatlaşır, çünki o yerlərdə ki, etnik azlıqlar məsələsi vardır, sən əgər cəmiyyət açırsan, mütləq orada dil məsələsinə işarə etməlisən, qadınların savadsızığı məsələsinə işarə etməlisən, məişət məsələsinə işarə etməlisən, bunların hamısı dövlətin əmniyyətini təhlükəyə salan konseptlər sayılır İranda.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Şərhlərə bax

XS
SM
MD
LG