Accessibility links

Sevinc Vaqifqızı: Hökümətə o ixtiyarı verməmişəm ki, məni izləsin, mənim danışıqlarımı dinləsin


Müstəqil jurnalist Sevinc Vaqifqızı Amerikanın Səsinə müsahibəsində ölkədə jurnalistlərin, ictimai-siyasi fəalların, QHT liderlərinin və digər şəxslərin telefonunun dinlənilməsi ilə bağlı yayılan məlumatlardan danışıb. Məlumatlarda telefonunun dinlənilməsi barədə də danışılıb.

Bu ilin iyulun 18-də Fransanın Forbidden Stories qeyri-hökumət təşkilatı və müxtəlif ölkələrdən 17 KİV bir sıra ölkələrdə İsrailin NSO Group şirkəti tərəfindən işlənib hazırlanmış Pegasus proqramı vasitəsilə siyasətçilərin, jurnalist və fəalların izlənildiyini bildirib.

Hüquq müdafiəçiləri və jurnalistlər dinlənilən mobil telefonların siyahısını əldə etməyə müvəffəq olub. Siyahıda 50 min nömrə var.

NSO Group-un potensial müştəriləri kimi Azərbaycan, Bəhreyn, Macarıstan, Hindistan, İndoneziya, Qazaxıstan, Meksika, Mərakeş, Ruanda, Səudiyyə Ərəbistanı, Toqo və Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir. Bu barədə Amnesty İnternational təşkilatının 18 iyul tarixli məruzəsində deyilir.

Sevinc Vaqifqızı: Hökümətə o ixtiyarı verməmişəm ki, məni izləsin, mənim danışıqlarımı dinləsin
please wait

No media source currently available

0:00 0:05:50 0:00

Amerikanın Səsi: Sevinc xanım, sizin də Pegasus proqramı vasitəsilə izlənilməniz üzə çıxdı. Sizin izlənilməniz hansı məqsədlərlə həyata keçirilə bilərdi?

Hökümət burada çox ciddi hüquq pozuntusuna yol verib.

Sevinc Vaqifqızı: İyul ayında bu məqalə yayımlandı. İyun ayında da mənim xəbərim var idi artıq. Çünki Pegasus proyektində işləyən jurnalistlər Berlinə gəlmişdilər. Mən o zaman proqram çərçivəsində Berlində idim. Onlar dedi ki, belə bir data baza var orada sizin nömrəniz var. Biz bunu yoxlamalıyıq. Onlar telefonumu yoxladılar. IT mütəxəssisi ilə gəlmişdilər və o proqram telefonumda aşkarlandı. Həmin vaxtda soruşdular sizcə sizi niyə görə dinləyə bilərdilər? Mənim heç bir fikrim yoxdur. Çünki jurnalist olaraq sadəcə işimizi görürük və gördüyümüz iş də belədir ki, nəticəsini onsuz da yayırıq. Bunu təkcə hökümət yox, bütün insanlar görür. Burada gizli bir şey yoxdur. Hər hansı gizli fəaliyyətlə məşğul deyiləm. Hər hansı bir cinayət əməlim yoxdur ki, hökümət məni bir cinayətkar şəxs kimi və yaxud terrorçu şəxs kimi dinləsin, təqib eləsin. Çünki NSO şirkət ki, bu Pegasus proqramını yaradıb. Onlar bildiriblər ki, biz bu proqramı cinayətkarların və terrorçuların ələ keçirilməsi üçün yaratmışıq. Bunun üçün nəzərdə tutulub. Bizim hökümətimiz bundanvətəndaş cəmiyyəti üzvləri, jurnalistlər, hüquq müdafiəçilərini izləmək üçün istifadə edib. Yəni təyinatı üzrə istifadə olunmur. Biz adətən görürük ki, jurnalistlərin, blogerlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin ən çox şəxsi həyatları ilə bağlı məlumatlar toplanılır. Sonra onları qaralamaq üçün istifadə olunur. Bilmirəm hansı məqsədlə edildiyindən heç bir fikrim yoxdur. Amma mənim üçün heç bir məntiqli bir hərəkət deyil. Mən heç kimə, o cümlədən hökümətə o ixtiyarı verməmişəm ki, məni izləsin, mənim danışıqlarımı dinləsin mənim telefonumdan istifadə edərək. Səs qeydi aparsın və yaxud görüntü qeydi aparsın. Mən o ixtiyarı hökümətə verməmişəm. Hökümət burada çox ciddi hüquq pozuntusuna yol verib.

Amerikanın Səsi: Hüquqlarınızın qorunması üçün hər hansı addımlar atacaqsınızmı?

Sevinc Vaqifqızı: Bəli. Biz artıq müraciət etmişik vəkillərə və onlar bizim işimizlə bağlı prokurorluğa, ombudsmana müraciət ediblər. Amma bildiyim qədər heç bir araşdırma yoxdur hal-hazırda. Yəqin ki, bu işin ədalətli həlli üçün Avropa İnsan Hüquqları məhkəməsinə qədər gedəcəyik.

Amerikanın Səsi: Cəmiyyətin reaksiyasını bu hadisə ilə necə qiymətləndirərdiniz, gözlədiyiniz ictimai qınaq, təpki oldumu?

Azərbaycanda 1000 dən çox insan dinlənilib. Bu insanlar vətəndaş cəmiyyətinin formalaşmasında rolu olan insanlardır. Həmçinin də siyasətçilər dinlənilib. Nə siyasətçilər, nə də vətəndaş cəmiyyətinin nümayəndələrindən ciddi bir təpki olmadı.

Sevinc Vaqifqızı: Əslində olmadı. Mən gözləyirdim ki, insanlar bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirərlər. Daha tənqidçi mövqedə olarlar. Bu sahədə çoxlu müzakirə apararlar. Amma əksinə oldu. İnsanlar bunu sadəcə yumor kimi qarşıladılar. Sadəcə biz bilirik hansı ölkədə yaşayırıq. Biz Azərbaycanda yaşayırıq. Bu şeyləri onsuz da bilirdik. Halbuki bunun normal qəbul edəcək tərəfi yoxdur. Bu, insan hüquqları pozuntusudur. Şəxsi həyata müdaxilədir. Sizin işgüzar həyatınıza müdaxilədir. Bu mütləq mübahisələndirilməli idi. Çünki Azərbaycanda 1000-dən çox insan dinlənilib. Bu insanlar vətəndaş cəmiyyətinin formalaşmasında rolu olan insanlardır. Həmçinin də siyasətçilər dinlənilib. Nə siyasətçilər, nə də vətəndaş cəmiyyətinin nümayəndələrindən ciddi bir təpki olmadı.

Amerikanın Səsi: Bu tipli hadisələrin baş verməməsi üçün beynəlxalq səviyyədə hansı tədbirlər görülməlidir?

Sevinc Vaqifqızı: Həmin şirkətlər də yəqin ki, məhkəməyə verilməlidir. NSO şirkəti də. Çünki onlara məlumdur ki, bizim hakimiyyət necə hakimiyyətdir. Avtoritar bir hakimiyyət üçün bu proqram əsl fürsətdir. Onu sevmədiyi bütün şəxsləri dinləmək üçün, izləmək üçün, onlar haqqında məlumat toplamaq üçün. Həmçinin istərdim ki, hökümətə sanksiyalar tətbiq olunsun. Artıq onlar insan hüquqları ilə bağlı duyarlı tərpənsinlər. Bu, sadəcə sıradan bir hadisə deyil. Bu o anlama gəlir ki, bu ölkədə siyasi aktiv şəxslərin, hüquq müdafiəçilərinin, jurnalistlərin heç bir şəxsi həyatı yoxdur. Əgər sizin əlinizdə telefon varsa, Pegasus proqramı varsa, demək onlar sizin hər addımınızı izləyirlər. Eləcə də işgüzar həyatınızda. Hər hansı bir mənbənizə sizin verdiyiniz məlumat mənim tərəfimdən qorunacaq və bu heç bir halda bilinməyəcək ki, bunu siz göndərmisiniz .Bunu deyə bilməyəcəyik. Çünki bizim telefon dinlənilirsə avtomatik həmin şəxsin də kimliyi məlum olur və onun da telefonu nəzarətə götürülür. Bu, etik cəhətdən qorumalı olduğu hüquqlar hökümət tərəfindən pozulmuş olur.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG