Accessibility links

Sevinc Sərxani: "Meyitdən imtina etməyim haqda ərizə yazmağı tələb edirlər"


Sevinc Sərxani: Məndən meyitdən imtina etməyim haqda ərizə yazmağı tələb etdilər
please wait

No media source currently available

0:00 0:05:49 0:00

Sevinc Sərxani: Məndən meyitdən imtina etməyim haqda ərizə yazmağı tələb etdilər

Gəncə hadisələrinə görə öldürülən şəxsin meyiti 7 aydır ailəsinə verilmir

Gəncə hadisələrində, şəhərin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkilində günahlandırılan və ötən il iyulun 24-də əməliyyat zamanı öldürülən Ağa Sərxaninin meyiti hələ də yaxınlarına verilməyib.

Bu barədə onun həyat yoldaşı Sevinc Sərxani fevralın 7-də Müsavat Partiyasının qərargahında Siyasi Məhbusları Müdafiə Mərkəzi və Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin təşkil etdiyi ictimai dinləmələrdə deyib.

O bildirib ki, həyat yoldaşını sabiq icra başçısının güllələnməsinə görə şübhəli sayıb qətlə yetiriblər, halbuki, hadisə vaxtı o, ümumiyyətlə, Gəncədə olmayıb.

Sevinc Sərxani
Sevinc Sərxani

Sevinc Sərxani deyib ki, ötən yeddi ayda həyat yoldaşının meyitini almaqdan ötrü müxtəlif dövlət orqanlarına üz tutub. Onun sözlərinə görə, 48 yaşlı Ağa Sərxaninin meyitinin verilməməsi bir yana, ondan həyat yoldaşının nəşindən imtina etməsi barədə ərizə yazmaq da tələb olunub.

Lakin Sevinc Sərxani razılaşmadığını vurğulayıb.

"İyulun 26-da yoldaşımın ölümü barədə məlumat alan kimi Kəpəz Rayon Polis Şöbəsinə və rayon prokurorluğuna getdim, amma heç bir məlumat ala bilmədim. 27 iyulda Bakıya gəldim. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində özünü rəis kimi təqdim edən bir nəfər dedi ki, «qayıt Gəncəyə, gözlə, müstəntiqlər araşdırıb məlumat verəcək». Bir neçə gün xəbər çıxmadı, yenə Bakıya gəldim. Avqustun 3-də Binəqədi Rayon Prokurorluğunda Asif adlı müstəntiq məndən ifadə aldı, yoldaşımın paltarlarını verdi. Dedi ki, telefonlarını iki ay sonra ala bilərəm. Meyit üçünsə Binəqədi rayon morquna müraciət etməliyəm. Morqda mənə ölüm haqqında şəhadətnamə verib dedilər ki, hələ iyulun 30-da Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları meyiti aparıblar."

Morqda mənə ölüm haqqında şəhadətnamə verib dedilər ki, hələ iyulun 30-da Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları meyiti aparıblar.
Sevinc Sərxani, Öldürülən Ağa Sərxaninin həyat yoldaşı

Sevinc Sərxani deyib ki, bundan sonra yenə də müxtəlif dövlət orqanlarına məktublar yazıb. Çoxsaylı müraciətlərindən sonra avqustun 15-də axşam saatlarında onun evinə gəlib polis şöbəsinə aparıblar: "Mənə yoldaşımın günahının nədən ibarət olduğu barədə heç bir məlumat verilmədən meyitdən imtina etməyim haqda ərizə yazmağı tələb etdilər. Təbii ki, razılaşmadım. Ondan sonra da Daxili İşlər Nazirliyinə məktub yazmaqda davam elədim. Orada Aygün adlı bir xanım məni qəbul elədi, nömrəmi götürdü, dedi ki, əlaqə saxlayacağıq. Bu günə qədər heç bir cavab yoxdur."

Sevinc Sərxaninin dediklərinə, rəsmi qurumlar hələ münasibət bildirməyib.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Rəsmi məlumatlara görə, 2018-ci il iyulun 25-də "Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı Yunis Səfərovla birlikdə sui-qəsd törətmək planlarını hazırlamış şəxslərdən daha biri olan Ağa Sərxani silahlı müqavimət göstərdiyinə görə öldürülüb."

Məlumatda deyilir ki, Gəncə şəhər sakini Ağa Sərxani Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adamöldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələri üzrə axtarışda olub.

Rəsmi məlumata görə, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, İrana səfərlər edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG