Accessibility links

Sevinc Sadıqova: Əfqan Sadıqov bu gündən quru aclığa başlayıb


Əfqan Sadıqov

Həbsdə olan jurnalist Əfqan Sadıqov aclığının 20-ci günündə quru aclığa başlayıb. O, su içməkdən də imtina edib.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, Əfqan Sadıqovun səhhəti olduqca pisdir.

“Mən onunla danışmışam. Səhhəti imkan versə sabah bir də danışacam. Mənə dedi ki, səhhəti imkan versə əlaqə saxlayacaq. Mən də bu həftə gedib, onu görmək istəyirəm. Səhhəti yaxşı olsa mənimlə görüşə gələcək. Bir də mənə dedi ki, etiraz edəcək. Çünki Penitensiar Xidmət hər şeyi danır və düzgün məlumat vermir", Sadıqova həyat yoldaşına istinadən deyib.

Jurnalistin aclıq aksiyası ilə bağlı Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.

Amma, bir neçəı gün əvvəl Penitensiar Xidmətin mətbuat xidmətindən cəzaçəkmə müəssisələrində aclıq edən məhbusun olmadığını bildiriblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Jurnalistləri Müdafiə Komitəsi “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqovun 7 il həbsə məhkum edilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir : "Azərbaycan hakimiyyəti jurnalist Əfqan Sadıqovu sərbəst buraxmalı və ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməlidir."

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-ın Müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir
please wait

No media source currently available

0:00 0:11:39 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG