Accessibility links

Sevinc Sadıqova: Jurnalist 91 gündür aclığı israrla davam etdirir


Sevinc Sadıqova: Jurnalist 91 gündür aclığı israrla davam etdirir
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Azel.tv saytının redaktoru hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayılaraq altı il müddətinə azadlıqdan məhrum edib. Jurnalist məhkəmənin hökmünə etiraz olaraq ötən il noyabrın 3-də aclığa başlayıb. O, həbsinin səbəbinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə müsahibəsində Əfqan Sadıqovun səhhətinin ağır olduğunu bildirib.

Amerikanın Səsi: Həyat yoldaşınız bu gün 91 gündür həbsxanada aclıq edir. Səhhəti necədir, ümumi durumu necədir?

Ədalətsiz hökmə etiraz olaraq Əfqan aclığını israrla davam etdirir. Baxmayaraq ki, səhhəti çox ağırdır.

Sevinc Sadıqova: Bu gün, bəli, həyat yoldaşım, jurnalist Əfqan Sadıqov 91 gündür aclıq edir. Vəziyyəti çox ağırdır. Səhhəti çox ağırdır. Aclığın 80-ci günündə komaya düşmüşdü və bir gündən sonra ayılmışdı. 10 gündür ki, sistem qoşulur, 10 gündür ki, məcburi qidalandırılır. Buna baxmayaraq, o, şlanq-boru vasitəsi ilə qidalandırılır. Əfqan Sadıqov körpə uşaq deyil, bu onun səhhətində yaxşılığa doğru heç nəyi dəyişmir. Yəni, bu insan özü istəməlidir, yeməlidir. Lakin ədalətsiz hökmə etiraz olaraq Əfqan aclığını israrla davam etdirir. Baxmayaraq ki, səhhəti çox ağırdır.

Amerikanın Səsi: Amma apellyasiya məhkəməsi onun barəsində qərar qəbul etdi və bundan sonra Əfqan Sadıqov yenə aclığını davam etdirəcəyini bildirdi. Aclığı nə qədər davam etdirəcək?

Sevinc Sadıqova: Əfqan Sdıqov özü mənə şəxsən bildirdi ki, apellyasiya məhkəməsi həbs müddətini bir il azaltdı, guya ki, ədalətli qərar verdi. Amma heç bir ədalətdən söz gedə bilməz. Əfqan deyir ki, onu neçə il saxlasalar, yəqin bu vəziyyətdə saxlayacaqlar, o heç zaman yemək yeyib, qidalanmayacaq. Yəni onu bu cür saxlayırlarsa, saxlasınlar. Həyatını itirsə belə aclığı dayandərmayacaq.

Amerikanın Səsi: Bəs ölkə ictimaiyyəti, hüquq-müdafiə təşkilatları, ombudsman aparatı və digər QHT-lər Əfqan Sadıqovun aclığı dayandırması, ədalətin bərpa olunması üçün bir iş görürmü?

Əsas da məni narahat edən odur ki, dövlət qurumları, ombudsman olsun, onların heç biri müstəqil bir addım atmır.

Sevinc Sadıqova: Ümumi vəziyyətdən, desəm ki, razıyam, bu mənim tərəfimdən qeyri-səmimi olar. Ümumi razı deyiləm. Əsas da məni narahat edən odur ki, dövlət qurumları, ombudsman olsun, onların heç biri müstəqil bir addım atmır. Ancaq sifariş icra edirlər. Buna görə də, heç bir müsbət nəticə yoxdur. Ümumi razı deyiləm, xeyr.

Amerikanın Səsi: Bundan sonra ailəniz, Əfqan Sadıqovun vəkili hansı hərəkətləri edəcək?

Mən və həyat yoldaşımın yeganə istəyi ədalətin bərqərar olmasıdır. Biz qanundankənar heç nə istəmirik.

Sevinc Sadıqova: Mən sona qədər, onun ailəsi olaraq həyat yoldaşımın hüquqlarını əlimdən gələn qədər müdafiə edəcəm. Çalışacam sona qədər ona dəstək olum. Bir də xatıladım ki, daha bir jurnalist də aclığa başlayıb. Bir şey anlayıram ki, insanlar məcburiyyətdən nə qədər risk olursa-olsun, həyatlarını itirmək riskini gözə alaraq bu addımı atırlar. Mən və həyat yoldaşımın yeganə istəyi ədalətin bərqərar olmasıdır. Biz qanundankənar heç nə istəmirik. Ədalət bərqərar olsun. Mən sonadək yoldaşımın hüquqlarını müdafiə edəcəm. Onun sözünü, səsini çatdıracam.

Amerikanın Səsi: Ölkə hökumətinə, ictimaiyyətə bir sözünüz, müraciətiniz varmı?

Sevinc Sadıqova: Bəli, mən ölkə rəhbərinə müraciət edirəm. Dəfələrlə də müraciət etmişəm. Müraciət edirəm, tələb edirəm, eyni zamanda xahiş edirəm ki, ədalət bərəqrar olsun. Məhkəmələr sifarişə deyil, ədalətə qərar versinlər. Əfqan Sadıqov, eləcə də həbsdə olan digər, yüzdən çox siyasi məhbusun hər biri azadlığına qovuşsun.

Qeyd: Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG