Accessibility links

Sevinc Sadıqova Əfqan Sadıqovla görüşüb


Əfqan Sadıqov və həyat yoldaşı Sevinc Sadıqova
Əfqan Sadıqov və həyat yoldaşı Sevinc Sadıqova

Aclıq etdiyi bildirilən həbsdə olan "Azeltv" saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onunla görüşmək üçün fevralın 3-də Ədliyyə Nazirliyinin Pentensiar xidmətin müalicə müəssisəsinə gedib.

Sevinc Sadıqovanın Amerikanın Səsinə verdiyi məlumata görə həyat yoldaşının vəziyyəti ağır olsa da, aclıq aksiyasını 92 ci gündür davam etdirir.

"Vəziyyəti ağır olaraq qalır. Əlil arabasında olduğuna görə ayaqlarını hiss eləmirəm. Əllərində o qədər əsmə var. Əli dəhşət dərəcədə əsir .Qanı çox aşağıdır. Boru vasitəsilə məcburi qidalanma olub. O boru ağrı verir çıxarıb saldıqları zaman. Ona görə də onu çox saxlamayıblar. Həkim deyib ki, bu boru çox qalsa mədənin ağzı açıq qalır və bu onu öldürə bilər. Daha sonra qıf vasitəsilə məcburi qidalandırmaq istəyiblər. Ümumiyyətlə Əfqan istəmir. O etiraz edir. Aclığını davam etdirir. Ancaq vəziyyətinin çox pis olduğuna görə həkimlər müdaxilə edirlər, sistem qoşurlar. Amma vəziyyəti günü gündən geriləyir. O isə deyir ki başqa çıxış yolu yoxdur. Mən sona kimi mübarizə aparacam", Sevinc Sadıqova deyib.

Jurnalistin həyat yoldaşı növbəti dəfə Ombudsman Aparatına müraciət etdiyini deyib.

“Ombudsmana demişəm deyir diqqətimizdə saxlayırıq. Deyirəm nəyi diqqətdə saxlayırsız ölməyini? İnsan ölür və heç bir aiddiyyatı qurumlar işinə ədalətli baxılmır", deyə Sevinc Sadıqova vurğulayıb.

Xatırlama

Sevinc Sadıqova jurnalistin yanvarın 21-də komaya düşdüyünü və onun aparata qoşulduğunu, bədəninə süni yolla qidalandırıcı maddələrin yeridildiyini bildirib.

Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, o, koma durumunda deyil, amma çox zəifləmiş durumdadır və Sadıqov aclıq aksiyasını davam etdirir.

Ombudsman Aparatı rəsmi internet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib. Həyat yoldaşının dediyinə görə, o, 30 kiloqramdan çox çəki itirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG