Accessibility links

ABŞ hava limanlarında heç bir xaos və çaşqınlıq müşahidə edilməyib


ABŞ-da səyahət qadağası qüvvəyə mindikdən sonra heç bir xaos və çaşqınlıq müşahidə edilməyib.

Qadağa Ali Məhkəmənin prezident Trampın sərəncamını qismən qüvvədə saxlamaq qərarından bir neçə gün sonra qüvvəyə minib.

Birləşmiş Ştatlar altı müsəlman ölkəsindən vizaya müraciət edən insanların ölkəyə daxil ola bilmələri üçün ABŞ-da fəaliyyət göstərən bizneslə əlaqələrinin və ya burada yaşayan ailə üzvlərinin olmasını tələb edən yeni qaydalar qəbul edib.

Qaydalarda qohumlara valideyinlər, həyat yoldaşı, yetişkin oğul və ya qız, gəlin və ya kürəkən, bacı və qardaş daxildir.

Yeni qanunlar Vaşinqton saatı ilə cümə axşamı saat 8-də qüvvəyə minib.

Tələblərə cavab verməyən qohumlar sırasına nənə, baba, nəvə, xala, dayı, əmi və bibilər daxildir.

XS
SM
MD
LG