Accessibility links

Seyf Əl-İslam Qəzzafi məhkəməyədək Zintan şəhərində saxlanacaq

Seyf Əl-İslam Qəzzafi məhkəməyədək Zintan şəhərində saxlanacaq
Seyf Əl-İslam Qəzzafi məhkəməyədək Zintan şəhərində saxlanacaq

Liviyanın öldürülmüş diktatorunun ən tanınmış oğlunu ələ keçirən silahlılar deyir ki, məhkəmə prosesi başlanadək onlar Seyf Əl-İslam Qəzzafini Zintan şəhərində saxlayacaqlar.

Zintanın şura üzvlərinin sözlərinə görə, dünən axşam onlar Seyf Əl-İslamın təhlükəsiliyi təmin etməyə çalışdığı bir vaxt paytaxt Tripolidə qərargahlanan müvəqqəti hökumət Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri ilə onun taleyini müzakirə edirlər.

Zintan döyüşçüləri keçən həftənin şənbə günü Seyf Əl-İslamı Liviyanın cənub səhrasında ələ keçiriblər. O, bəzi yollarla ölkəni tərk etməyə cəhd edirmiş. Müəmmar Qəzzafinin oğlunu ələ keçirən döyüşçülər daha sonra onu öz şəhərlərinə gətiriblər.

This item is part of
XS
SM
MD
LG