Accessibility links

Daxili işlər nazirinin birinci müavini təyin edilib


Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

Prezident İlham Əliyevin sərəncamı polis general-mayoru Seyfulla Əzimov daxili işlər nazirinin birinci müavini təyin edilib.

Seyfulla Əzimov bundan öncə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.

Seyfulla Əzimov
Seyfulla Əzimov

Bu baş idarə yerli hüquq müdafiəçiləri tərəfindən ən çox tənqidə məruz qalan qurumdur. Belə ki, bir çox insanlar, o cümlədən siyasi, dini, ictimai, sosial media fəalları saxlanılma zamanı bu idarədə işgəncələrə və qeyri insani rəftara məruz qaldığını bildirib.

2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu hazırkı nazir Vilayət Eyvazov tutub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti təyinatı yerli mediaya təsdiqləyib.

XS
SM
MD
LG