Accessibility links

Seymur Həzi: AXCP karantin dövründə kütləvi toplantıların ləğvi barədə qərar qəbul edib


Seymur Həzi
Seymur Həzi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində karantin dövründə müxalifətin durumundan danışıb.

Amerikanın Səsi: İnsan Hüquqları Evi bəyanat yayıb ki, Azərbaycan hüquqların pozulması üçün COVİD-19-dan istifadə etməməlidir. Buna münasibətiniz necədir?

Azərbaycan höküməti cəhd elədi ki, öz müxaliflətini sıradan çıxarsın. Həbslər həyata keçirdi.

Seymur Həzi: Buna münasibətim kifayət qədər normaldır. Ona görə ki, İnsan Haqları Evi və bir çox beynəlxalq təşkilatlardan əvvəl biz bəyanatla çıxış elədik ki, bütün sivil dünyada koronavirusla mübarizə aparılır. Vətəndaş cəmiyyəti, dövlət, siyasi partiyalar birlikdə çalışırlar ki, insanlara çağırış eləsinlər. Onlar evlərində otursunlar. Karantinin şərtlərinə əməl eləsinlər. Azərbaycanda isə çox təəssüf ki, bunun əksini gördük. Azərbaycan höküməti cəhd elədi ki, öz müxaliflətini sıradan çıxarsın. Həbslər həyata keçirdi. Elçin Məmmədi həbs elədi. Tofiq Yaqublunu həbs elədi. Bir neçə inzibati həbslər etdi. Beynəlxalq təşkilatın bu çağırışını çox müsbət qarşılayıram və düşünürəm ki, Azərbaycan höküməti yenidən bu barədə düşünməlidir. Bu məsələyə son qoymalıdı.

Seymur Həzi: AXCP karantin dövründə kütləvi toplantıların ləğvi barədə qərar qəbul edib
please wait

No media source currently available

0:00 0:03:16 0:00

Amerikanın Səsi: Hökumətin koronavirusla bağlı apardığı mübarizəni şəffaflıq baxımından necə qiymətləndirirsiniz ?

Seymur Həzi: Bilirsiniz, bütövlükdə Azərbaycan siyasətində və hökümətin fəaliyyətində şəffaflıq problemi var. Buna görə də, biz ayrıca götürülmüş məsələ ilə bağlı hər hansı bir müsbət və ya mənfi addımlardan danışa bilmərik. Əvvəlki vəziyyətə uyğun olaraq davam eləyir. Hal hazırda vətəndaş cəmiyyəti və siyasi partiyalar da çalışırlar ki, höküməti az tənqid etsinlər ki, hökümət koronavirusla mübarizədə özünü sərbəst hiss eləsin. Çünki bilirsiniz ki, Azərbaycanda tənqidi mühit sıxışdırıldığına görə hökümət bir qədər sərt tənqid olunub. Ancaq bu bəlayla mübarizə çərçivəsində hökümətin tənqidçiləri də çalışırlar ki, hökümətin diqqətini daha çox müxalifətə yönəlməsinə şərait yaratmasınlar. Daha çox koronavirusa diqqət yönəltsinlər. Ona görə də höküməti az tənqid edirlər. Bu baxımdan düşünürəm ki, ümumilikdə koronavirusla mübarizə məsələsi nəticəsində biz ona qiymət verə biləcəyik. Ona görə də biz bu prosesə hansısa şəkildə tənqidi yanaşıb diqqəti oradan yayındırmaq istəmirik.

Amerikanın Səsi: Cəmiyyətin bu sahədə olan informasiya tələbatı nə dərəcədə ödənilir?

Hətta buna görə insanlar psixi dispanserə salınırlar. Ancaq insanlar yenə də fikirlərini yazırlar, məlumatları bölüşürlər.

Seymur Həzi: Azərbaycanda sosial şəbəkələrdə insanlar fikirlərini yazırlar. Düzdü buna görə insanlar həbs olunurlar. Hətta buna görə insanlar psixi dispanserə salınırlar. Ancaq insanlar yenə də fikirlərini yazırlar, məlumatları bölüşürlər. Buna görə də təqiblərə məruz qalsalar da, yaxşı olar ki, insanlar buna görə təqib olmasınlar. İnsanlar rahat fikirlərini yazsınlar. Bu məlumatın şəffaflığı və məlumatın sürətliliyi, məlumatın daha tez doğruluğunu və yalanlığını yoxlamaq imkanı yaradılır. Yəni o doğruluq və yalanlıq imkanı isə cəmiyyətin daha aydın məlumatlanmasına xidmət edir ki, bu da koronavirusla mübarizədə daha çox effekt verə bilər.

Amerikanın səsi: Siyasi partiyalar bu karantin rejimində fəaliyyətini necə qurur?

Hökümətin rəsmi qərarından iki həftə əvvəl AXCP qərar qəbul edib. Kütləvi toplantıları ləğv eləyib.

Seymur Həzi: Biz xüsusi hər hansı təşkilatı işlə məşğul olmuruq. Hökümətin rəsmi qərarından iki həftə əvvəl AXCP qərar qəbul edib. Kütləvi toplantıları ləğv eləyib. Biz sadəcə bu ərəfədə çalışırıq ki, ictimaiyyətə çağırışlar edək ki, karantin qaydalarına əməl eləsinlər. Sosial problemləri olanların problemlərini qabardaq ki, hökümətin diqqətinə gəlsin. Hökümət onlara yardım eləsin. Bizim əsas funksiyamız burada əlaqələndirici rolunu oynamaqdır. Harda problemlər varsa diqqəti ora çəkirik ki, hökumət diqqət yetirsin, bu problemləri həll eləsin. İnsanlarımıza da çağırışlar edirik ki, karantin qaydalarına əməl olunsun ki, tezliklə bu problemin həlli vaksin tapılana qədər karantin şəraitində geniş yayılmasın və daha az itki ilə cəmiyyət buradan çıxsın.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG