Accessibility links

Seymur Həzi: Azərbaycanda parlament hakimiyyəti yox vəziyyətindədir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində ölkədə parlament seçkilərindən sonrakı durumdan danışıb.

Amerikanın Səsi: Növbədənkənar parlament seçkilərinin ölkənin siyasi heyatına hansı təsirləri oldu?

Əgər söhbət parlament seçkilərindən gedirsə parlament miqyasında hər hansı canlanma, böyük izdihamlı mitinqlər, seçki aktivliyi, seçki təşviqatı prosesi olmadı.


Seymur Həzi: Sözün açığı ciddi təsirini görmədim. Əgər söhbət parlament seçkilərindən gedirsə parlament miqyasında hər hansı canlanma, böyük izdihamlı mitinqlər, seçki aktivliyi, seçki təşviqatı prosesi olmadı və ən çox insanın bir araya toplaşdığı tədbirlər təxminən 70-100 nəfər arasında oldu. Bundan çox olan tədbirlər də oldu. Bu zaman da xalq hökümətin namizədlərini dairədən qovurdu. Bunu çıxsaq, demək olar ki, ciddi bir siyasi aktivlik, belə deyək, ictimai aktivlik olmadı.

Amerikanın Səsi: Milli Şura və AXCP seçkiləri boykot etdi. Amma bəzi müşahidəçilər hesab edir ki, bir sıra partiyaların və müstəqil namizədlərin seçkidə iştirakı siyasi fəallığı artırdı. Bütün narazı siyasi qurumlar seçkilərə qatılsaydı seçki prosesində daha fərqli mənzərə ola bilərdimi? Bununla bağlı nə deyə bilərdiniz?

Seymur Həzi: Bilirsiniz, bəzi müstəqil namizədlərin seçkidə iştirakı seçkidən sonra özünə müəyyən bir diqqət cəlb etdi. MSK-nin binasının qabağındakı aksiyalar. Mən bunu deyərdim ki, bəzi müstəqil namizədlərin fəallığı nəticəsində oldu. Ancaq bu, parlament miqyasında canlanma deyil idi. Şübhəsiz ki, bunu durğunluq dövründə bir hərəkətlənmə kimi qiymətləndirmək olar. Amma parlament seçkiləri miqyasındakı bir canlama kimi qiymətləndirmək olmaz. Xalq Cəbhəsi ilə Milli Şuranın qərarlarına gəlincə xalqın ümumi səsverməyə münasibəti də göstərdi ki, Milli Şura və AXCP vəziyyətə adekvat qərar qəbul eləyib və onların qərarı xalq tərəfindən dəstəkləndi.

Seymur Həzi: Azərbaycanda parlament hakimiyyəti yox vəziyyətindədir
please wait

No media source currently available

0:00 0:04:55 0:00

Amerikanın Səsi: Yeni parlamentdən gözləntiləriniz nədir? Yeni seçilmiş parlament əvvəlkindən hansı xüsusiyyətlərinə görə fərqlənə bilər?

Ona görə də onların hansısa ictimai mövqedən çıxış etməsi və təmsilçi demokratiyanın ifadəçisi olması gözlənilmir.


Seymur Həzi: Bu parlamentin 80 faizi əvvəlki parlamentdi. Və o 80 faizin yerdə qalan 20 faizini dəyişən yeni 20 faiz isə siyasi baxımdan heç bir yenilikdə olmayan adamlardı. Hansısa platformanı təmsil edən şəxslər deyillər. Əvvəlki qaydada seçilmiş şəxslərdir. Birmənalı şəkildə saxta yollarla seçilmiş şəxslərdir. Ona görə də onların hansısa ictimai mövqedən çıxış etməsi və təmsilçi demokratiyanın ifadəçisi olması gözlənilmir. Azərbaycanda parlament hakimiyyəti yox vəziyyətindədir. Bu parlamentdə növbəti dəfə parlament hakimiyyətinin iradəsini ifadə edəcək gücdə deyil. Çünki xalq tərəfindən seçilməyib.

Amerikanın Səsi: Ölkədə siyasi proseslerin sonrakı inkişafını necə proqnozlaşdırardınız?

Seymur Həzi: Azərbaycanda hal-hazırda milli iradəni, xalq iradəsini ifadə eləyən hakimiyyət yoxdur. Buna görə də Azərbaycan xalqı günun birində qərar verib spontan şəkildə dəyişə bilər, təbii ki, bunu biz proqnozlaşdıra bilmərik. Bu proqnozdan kənar proseslərdir. Proqnoz bundan ibarətdir ki, sosial böhran dərinləşəcək və xalq narazılığı artacaq. Bunun qarşısını almaq üçün hökümət heç bir ciddi tədbirlər görmür. İslahatlar yalnız kosmetik xarakterlidir. Gözdən pərdə asmaq üçündür. İctmai həyata təsir eləyən islahatlardan söhbət getmir. Buna görə də vəziyyət gərginləşməyə doğru gedəcək.

Amerikanın Səsi: Sizcə bu seçkilərdən sonra iqtidarla müxalifət arasında dialoq mümkün ola bilərmi?

Biz hakimiyyətlə dialoqa gedəcəyiksə, bu, milli məsələlərdə, xalqın xeyrinə addımların atılması məsələsində ola bilər.


Seymur Həzi: Bilirsiniz, biz hansı məsələdə hakimiyyətlə danışa bilərik? Əgər Qarabağ bizim üçün ümumilli məsələdirsə, Xocalı faciəsinin anım mərasimində AXCP sədrinin müşavirini həbs elədi Azərbaycan hakimiyyəti. Hətta o günü bizlə yanaşı addımlamağa özündə güc toplamadı. Əgər hökümət özündə güc taparsa, siyasi iradə ortaya qoya bilərsə, özünün yanlışlarını dərk edərsə. Dil tapmaq necə olar ki, biz hakimiyyətlə alverə getməyəcəyik ki. Biz hakimiyyətlə dialoqa gedəcəyiksə, bu, milli məsələlərdə, xalqın xeyrinə addımların atılması məsələsində ola bilər. Hakimiyyət öz üzərində güc tapacaqsa təbii ki, özü etiraf edəcək ki, əldə olunan razılıqlar üzrə addımlar atmağa hazırdır. O zaman hakimiyyətlə danışmaq olar. Ancaq söhbət siyasi alverdən getmir. Söhbət dialoqdan gedirsə milli məsələlərdə konsensusa gəlməkdən gedirsə, bunun üçün hakimiyyət özündə güc tapmalıdır. Yüksək təmsilçiliklə söhbətlər, proseslər getməlidir. Hal-hazırda buna dair hər hansı bir ip ucu yoxdur.

XS
SM
MD
LG